https://sputnik.az/20240209/ceyhun-bayramov-gurcustanin-yeni-xn-bascisi-ile-danisib-462520222.html
Ceyhun Bayramov Gürcüstanın yeni XİN başçısı ilə danışıb
Ceyhun Bayramov Gürcüstanın yeni XİN başçısı ilə danışıb
Sputnik Azərbaycan
Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində... 09.02.2024, Sputnik Azərbaycan
2024-02-09T12:47+0400
2024-02-09T12:47+0400
2024-02-09T13:23+0400
siyasət
gürcüstan
azərbaycan xin
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
iliya darçiaşvili
https://cdnn1.img.sputnik.az/img/07e7/05/13/455045853_0:16:2987:1696_1920x0_80_0_0_62c0d875499fabfca0e0f01e28d73a39.jpg
BAKI, 9 fevral - Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yenidən təyin edilmiş xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı olub.Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər.Nazirlər həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. ***Bundan əvvəl Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkə parlamentinin Avropaya İnteqrasiya və Xarici Əlaqələr komitələrinin birgə sessiyasında çıxış edib. O, çıxışı zamanı deyib ki, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, Gürcüstan sabitliyin bərpasına və regionda uzunmüddətli sülhə nail olunmasına hədəflənmiş balanslı siyasət yürüdür.O qeyd edib ki, Gürcüstan dinc qonşuluq təşəbbüsünü başladaraq Azərbaycan və Ermənistan arasında effektiv kommunikasiyaya dəfələrlə töhfə verib.“Biz qonşu ölkələrin ehtiyaclarına uyğun olaraq bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq. Biz Tbilisinin gələcəkdə də bizim qonşularımız arasında etimadın bərpasına töhfə verəcək istənilən mövzunun müzakirə edilə biləcəyi yer olmasını istəyirik” - Darçiaşvili deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/13/455045853_128:0:2859:2048_1920x0_80_0_0_9cb5e6c4656d6bd9f7f5d17d7922780d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, azərbaycan xin, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, iliya darçiaşvili
gürcüstan, azərbaycan xin, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, iliya darçiaşvili
Ceyhun Bayramov Gürcüstanın yeni XİN başçısı ilə danışıb
12:47 09.02.2024 (Yenilənib: 13:23 09.02.2024) Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.
BAKI, 9 fevral - Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yenidən təyin edilmiş xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər.
Nazirlər həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əvvəl Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkə parlamentinin Avropaya İnteqrasiya və Xarici Əlaqələr komitələrinin birgə sessiyasında çıxış edib. O, çıxışı zamanı deyib ki, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, Gürcüstan sabitliyin bərpasına və regionda uzunmüddətli sülhə nail olunmasına hədəflənmiş balanslı siyasət yürüdür.
O qeyd edib ki, Gürcüstan dinc qonşuluq təşəbbüsünü başladaraq Azərbaycan və Ermənistan arasında effektiv kommunikasiyaya dəfələrlə töhfə verib.
“Biz qonşu ölkələrin ehtiyaclarına uyğun olaraq bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq. Biz Tbilisinin gələcəkdə də bizim qonşularımız arasında etimadın bərpasına töhfə verəcək istənilən mövzunun müzakirə edilə biləcəyi yer olmasını istəyirik” - Darçiaşvili deyib.