Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda prezident seçkilərinin həqiqi qalibi kimdir?

Abunə olmaq
Azərbaycan Respublikasında növbədənkənar seçkilərin nəticələrinə görə prezidentliyə namizədlərin nə qədər səs topladığı barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyev 92,12% səslə qalib gəlib.
Bülletenlərin 100%-i sayılandan sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatları bunu sübut edir.
Seçkilərdə seçicilərin fəallığı 76,43% təşkil edib, ümumilikdə 4971032 nəfər səs verib.
Hazırkı prezidentə 4577693 Azərbaycan vətəndaşı səs verib.
Öz namizədliyini irəli sürən Zahid Oruc 2,17% səs toplayıb, ona 107877 nəfər səs verib. Böyük Quruluş Partiyasından prezidentliyə namizəd Fazil Mustafa isə ümumi seçicilərin 1,98%-ni (98623 səs) toplayıb.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Qeyd etmək lazımdır ki, prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazisini əhatə edib.
Namizədlər arasında bölüşdürülmüş səslərin sayı ilə bağlı daha ətraflı məlumat Sputnik Azərbaycan infoqrafikasında.
Xəbər lenti
0