https://sputnik.az/20240208/xankendide-tehsil-alacaq-telebelere-teqaud-verilecek-462510809.html
Xankəndidə təhsil alacaq tələbələrə təqaüd veriləcək
Xankəndidə təhsil alacaq tələbələrə təqaüd veriləcək
Sputnik Azərbaycan
İdris İsayev bildirib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq. 08.02.2024, Sputnik Azərbaycan
2024-02-08T19:22+0400
2024-02-08T19:22+0400
2024-02-08T19:22+0400
xankəndi
qarabağın dirçəlişi və reinteqrasiyası
tələbə
təqaüd
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e7/09/15/458835123_0:9:760:437_1920x0_80_0_0_8b6c9b79d3989c39c881eff05fa3ff0b.jpg
BAKI, 8 fevral — Sputnik. Xankəndidə təhsil alacaq tələbələrə təqaüd veriləcək Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: "Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar". O, həmçinin qeyd edib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq: " Universitet ali təhsilin bütün səviyyələri üzrə - bakalavr, magistratura, doktorantura - kadr hazırlığı həyata keçirəcək. Bundan əlavə, elmin müxtəlif sahələri üzrə elmi araşdırmalar, tədqiqatlar aparacaq". Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: "Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/15/458835123_84:0:677:445_1920x0_80_0_0_0e7bf5a741a6e51cd6aed93a3119b93e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xankəndi, tələbə, təqaüd, qarabağ
xankəndi, tələbə, təqaüd, qarabağ
Xankəndidə təhsil alacaq tələbələrə təqaüd veriləcək
İdris İsayev bildirib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq.
BAKI, 8 fevral — Sputnik. Xankəndidə təhsil alacaq tələbələrə təqaüd veriləcək
Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: "Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".
O, həmçinin qeyd edib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq: " Universitet ali təhsilin bütün səviyyələri üzrə - bakalavr, magistratura, doktorantura - kadr hazırlığı həyata keçirəcək. Bundan əlavə, elmin müxtəlif sahələri üzrə elmi araşdırmalar, tədqiqatlar aparacaq".
Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: "Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur".