https://sputnik.az/20240208/qeydiyyat-nisanlari-ile-bagli-suruculere-xeberdarliq-462490768.html
Qeydiyyat nişanları ilə bağlı sürücülərə xəbərdarlıq!
Qeydiyyat nişanları ilə bağlı sürücülərə xəbərdarlıq!
Sputnik Azərbaycan
BDYP bəyan edib ki, bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır. 08.02.2024, Sputnik Azərbaycan
2024-02-08T14:53+0400
2024-02-08T14:53+0400
2024-02-08T15:01+0400
qeydiyyat
cəmiyyət
yol polisi
dövlət yol polisi idarəsi
https://cdnn1.img.sputnik.az/img/42209/29/422092917_0:108:1152:756_1920x0_80_0_0_d2672072a7b4dbe72192abd9e2c5ade0.jpg
BAKI, 8 fevral — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir: "Qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır. Lakin, təəssüf ki, bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir. Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42209/29/422092917_0:0:1152:864_1920x0_80_0_0_980d946ef70304c1f4d4d80f1d5e8eb1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qeydiyyat, yol polisi, dövlət yol polisi idarəsi
qeydiyyat, yol polisi, dövlət yol polisi idarəsi
Qeydiyyat nişanları ilə bağlı sürücülərə xəbərdarlıq!
14:53 08.02.2024 (Yenilənib: 15:01 08.02.2024) BDYP bəyan edib ki, bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.
BAKI, 8 fevral — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:
"Qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.
Lakin, təəssüf ki, bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir.
Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq".