https://sputnik.az/20240208/prezident-xankendide-sesvermenin-boyuk-siyasi-menasi-var-462511473.html
Prezident: "Xankəndidə səsvermənin böyük siyasi mənası var"
Prezident: "Xankəndidə səsvermənin böyük siyasi mənası var"
Sputnik Azərbaycan
Dövlət başçısı seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla... 08.02.2024, Sputnik Azərbaycan
2024-02-08T18:36+0400
2024-02-08T18:36+0400
2024-02-08T18:13+0400
siyasət
prezident ilham əliyev
xankəndi
prezident seçkisi
prezident seçkiləri
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462457634_0:574:1767:1568_1920x0_80_0_0_eece08aff53714125344db4d73316707.jpg
BAKI, 8 fevral — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu bəyan edib. Dövlət başçısı bunu fevralın 8-də Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycan prezidenti seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd edib. Azərbaycan Prezidenti Vətən müharibəsində Qələbədə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini bir daha qeyd edib. Görüşdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsizlik vurğulanıb, Türkiyə Böyük Millət Məclisinin bunun əleyhinə olduğu və Türkiyə parlamentində də bununla əlaqədar müvafiq bəyanatların və müraciətlərin qəbul olunacağı qeyd edilib, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməsinin vacibliyi bildirilib. Söhbət zamanı Türk Dövlətləri Təşkilatı və Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, Türk Dövlətləri Təşkilatında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşdirilməsinin önəmi qeyd olunub. Xatırladaq ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar Prezident İlham Əliyev və onun ailə üzvləri Xankəndidə seçki məntəqəsində səs veriblər. Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462457634_0:519:1767:1844_1920x0_80_0_0_dbb6f4a1141597d97edad42cabdb34da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, xankəndi, prezident seçkisi, prezident seçkiləri
prezident ilham əliyev, xankəndi, prezident seçkisi, prezident seçkiləri
Prezident: "Xankəndidə səsvermənin böyük siyasi mənası var"
Dövlət başçısı seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd edib.
BAKI, 8 fevral — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu bəyan edib.
Dövlət başçısı bunu fevralın 8-də Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Azərbaycan prezidenti seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd edib.
Azərbaycan Prezidenti Vətən müharibəsində Qələbədə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini bir daha qeyd edib.
Görüşdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsizlik vurğulanıb, Türkiyə Böyük Millət Məclisinin bunun əleyhinə olduğu və Türkiyə parlamentində də bununla əlaqədar müvafiq bəyanatların və müraciətlərin qəbul olunacağı qeyd edilib, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməsinin vacibliyi bildirilib.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatı və Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, Türk Dövlətləri Təşkilatında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşdirilməsinin önəmi qeyd olunub.
Xatırladaq ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar Prezident İlham Əliyev və onun ailə üzvləri Xankəndidə seçki məntəqəsində səs veriblər.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.