CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev vacib fərmanı imzaladı

 İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 08.02.2024
Abunə olmaq
Utilizasiya haqları barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.
BAKI, 8 fevral — Sputnik. Prezident İlham Əliyev "İstehsalat və məişət tullantıları haqqında" qanunda dəyişiklik edilməsi barədə 24 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra hüquqi və fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçirilməsi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi, dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnaməsinin verilməsi, avtomobil yollarının ayırma zolağında inşa edilən obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması üçün ödənilmiş dövlət rüsumları ilə yanaşı, utilizasiya haqları barədə məlumatlar da Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.
Xəbər lenti
0