DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan öz xalqını sərt tənqid etdi: "Qarabağın Ermənistana birləşdirilməsi nə deməkdir?"

© Sputnik / Михаил МетцельMoskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş
Moskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 08.02.2024
Abunə olmaq
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsində qeyd olunun siyasi hədəflərin qeyri-müəyyən olduğunu deyib.
BAKI, 8 fevral — Sputnik. Baş nazir Nikol Paşinyan ölkəsinin Müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsinin əsas istiqamət kimi qoyulmasını kəskin tənqid edib.
"Ermənistanın Müstəqillik haqqında Bəyannaməsinin preambulasında Qarabağın birləşdirilməsi əsas istiqamət kimi qoyulub. Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsasən quracağıq?" - Ermənistanın Baş naziri parlamentdəki çıxışı zamanı ölkə Konstitusiyasına ediləcək dəyişiklikdən danışarkən deyib.
"Əgər belədirsə, onda biz hansı sülhdən danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil. Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur, bizim müzakirəmizdir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq" - o əlavə edib.
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsində qeyd olunun siyasi hədəflərin qeyri-müəyyən olduğunu deyib:
"Həmin Bəyannamədə 3 əsas istiqamət göstərilib – Erməni xalqının arzuları, tarixi ədalət və Dağlıq Qarabağ məsələsi. Bəs, bu tarixi ədalət nə deməkdir? Bunun müxtəlif izahları ola bilər, problem də bundadır. Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar "tarixi ədalət" dedikdə tamam başqa şeyləri başa düşürlər".
Paşinyan deyib ki, ermənilər tarixi ədalət arzusunu dövlətin əsasına qoyub, amma tarixi ədalətin nə olduğunu formalaşdırmayıb:
"Erməni xalqı nə istəyir? Erməni xalqı Argentinada, ABŞ-da, Rusiyada, İranda, İsraildə yaşayır, orada yaşayan erməni xalqının arzularının eyni olduğuna əminikmi? Əgər buna əminiksə, o zaman bu harada formalaşıb?".
Xəbər lenti
0