https://sputnik.az/20240208/nasa-okeani-ve-atmosferi-oyrenmek-ucun-peyk-buraxdigini-elan-edib-462511732.html
NASA okeanı və atmosferi öyrənmək üçün peyk buraxdığını elan edib
NASA okeanı və atmosferi öyrənmək üçün peyk buraxdığını elan edib
Sputnik Azərbaycan
NASA buraxılışdan, təxminən beş dəqiqə sonra peykdən siqnal aldığını təsdiqləyib. 08.02.2024, Sputnik Azərbaycan
2024-02-08T22:51+0400
2024-02-08T22:51+0400
2024-02-08T22:51+0400
elm
nasa
peyk
falcon heavy
falcon travel
"spacex"
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445498081_0:161:3071:1888_1920x0_80_0_0_47ac6cca9275dcac45a0228d7ee71395.jpg
BAKI, 8 fevral — Sputnik. Okeanların vəziyyəti, havanın keyfiyyəti və iqlim dəyişikliyinin təsirlərini öyrənmək üçün istifadə olunacaq peyk uğurla orbitə çıxarılıb. NASA bu barədə xəbər verib. "NASA-nın okeanların vəziyyətinin, havanın keyfiyyətinin və iqlim dəyişikliyinin bəşəriyyətə təsirlərini öyrənməkdən ötrü nəzərdə tutulmuş peyki cümə axşamı Şərq vaxtı ilə səhər saat 01:33-də uğurla orbitə buraxılıb" - agentlik bildirib. Qeyd edilib ki, peyk "SpaceX Falcon 9" raketi ilə Floridadakı Kanaveral buraxılış kosmodromunda buraxılıb. NASA buraxılışdan, təxminən beş dəqiqə sonra peykdən siqnal aldığını təsdiqləyib. Agentliyin məlumatına görə, kosmik gəmi "gözlənildiyi kimi" fəaliyyət göstərir. NASA-nın rəhbəri Bill Nelson qeyd edib ki, yeni peyk "atmosfer və okeanlarımızdakı hissəciklərin qlobal istiləşməyə təsir edən əsas amilləri necə müəyyən edə bildiyini" aşkarlamağa kömək edəcək. NASA-nın məlumatına görə, peykin okean rənginin təyini üçün nəzərdə tutulan cihaz tədqiqatçılara okeanların və digər su obyektlərinin ultrabənövşəyi, görünən və yaxın infraqırmızı işıq spektrini ölçməyə imkan verəcək. Nəticədə alimlər fitoplanktonun paylanmasını izləyə və ilk dəfə olaraq kosmosdan bu orqanizmlərin hansı qruplarının gündəlik qlobal miqyasda mövcud olduğunu müəyyən edə biləcəklər. Qeyd edilib ki, bu məlumatlar balıqçılığın "şəraitini proqnozlaşdırmağa", zərərli yosunların çiçəklənməsinə nəzarət etməyə və dəniz mühitində dəyişiklikləri müəyyən etməyə kömək edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1e/445498081_170:0:2901:2048_1920x0_80_0_0_d037036a7a6b80103bb845591d1c4883.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nasa, peyk, falcon heavy, falcon travel, "spacex"
nasa, peyk, falcon heavy, falcon travel, "spacex"
NASA okeanı və atmosferi öyrənmək üçün peyk buraxdığını elan edib
NASA buraxılışdan, təxminən beş dəqiqə sonra peykdən siqnal aldığını təsdiqləyib.
BAKI, 8 fevral — Sputnik. Okeanların vəziyyəti, havanın keyfiyyəti və iqlim dəyişikliyinin təsirlərini öyrənmək üçün istifadə olunacaq peyk uğurla orbitə çıxarılıb.
NASA bu barədə xəbər verib.
"NASA-nın okeanların vəziyyətinin, havanın keyfiyyətinin və iqlim dəyişikliyinin bəşəriyyətə təsirlərini öyrənməkdən ötrü nəzərdə tutulmuş peyki cümə axşamı Şərq vaxtı ilə səhər saat 01:33-də uğurla orbitə buraxılıb" - agentlik bildirib.
Qeyd edilib ki, peyk "SpaceX Falcon 9" raketi ilə Floridadakı Kanaveral buraxılış kosmodromunda buraxılıb. NASA buraxılışdan, təxminən beş dəqiqə sonra peykdən siqnal aldığını təsdiqləyib. Agentliyin məlumatına görə, kosmik gəmi "gözlənildiyi kimi" fəaliyyət göstərir.
NASA-nın rəhbəri Bill Nelson qeyd edib ki, yeni peyk "atmosfer və okeanlarımızdakı hissəciklərin qlobal istiləşməyə təsir edən əsas amilləri necə müəyyən edə bildiyini" aşkarlamağa kömək edəcək.
NASA-nın məlumatına görə, peykin okean rənginin təyini üçün nəzərdə tutulan cihaz tədqiqatçılara okeanların və digər su obyektlərinin ultrabənövşəyi, görünən və yaxın infraqırmızı işıq spektrini ölçməyə imkan verəcək. Nəticədə alimlər fitoplanktonun paylanmasını izləyə və ilk dəfə olaraq kosmosdan bu orqanizmlərin hansı qruplarının gündəlik qlobal miqyasda mövcud olduğunu müəyyən edə biləcəklər. Qeyd edilib ki, bu məlumatlar balıqçılığın "şəraitini proqnozlaşdırmağa", zərərli yosunların çiçəklənməsinə nəzarət etməyə və dəniz mühitində dəyişiklikləri müəyyən etməyə kömək edəcək.