https://sputnik.az/20240208/azerbaycanin-pensiya-sisteminde-turkiye-modeli-tetbiq-edilecek-462490209.html
Azərbaycanın pensiya sistemində Türkiyə modeli tətbiq ediləcək?
Azərbaycanın pensiya sistemində Türkiyə modeli tətbiq ediləcək?
Sputnik Azərbaycan
Sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da daim genişlənəcəyinə əminlik ifadə olunub. 08.02.2024, Sputnik Azərbaycan
2024-02-08T14:00+0400
2024-02-08T14:00+0400
2024-02-08T14:03+0400
pensiya
cəmiyyət
əmək və əhalinin sosial müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796477_0:0:3072:1728_1920x0_80_0_0_b6f320d7d498a6f3a3604c7b4c549de3.jpg
BAKI, 8 fevral — Sputnik. Azərbaycan və Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri pensiya və müavinətlə təminat, sosial müdafiə sahəsində qarşılıqlı fəaliyyət üzrə danışıqlar aparır. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyində olub. Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair 17 iyul 1998-ci ildə imzalanmış sazişin müasir dövrün tələblərinə uyğun yenilənməsi işləri aparılır. Məqsəd saziş çərçivəsində hər iki ölkə vətəndaşlarının sosial müdafiə alətləri ilə əhatə olunma dairəsinin genişləndirilməsidir. İki nazirliyin ekspertləri arasında keçirilən görüşdə sözügedən sazişin yeni layihəsinin mətni razılaşdırılıb və hazırda bu sənəd üzərində qarşılıqlı olaraq texniki düzəlişlər həyata keçirilir. Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertem, Türkiyə Sosial Müdafiə Qurumunun sədri Raci Kaya ilə görüşləri olub. Görüşlərdə iki ölkə arasında mövcud olan möhkəm qardaşlıq və dostluq münasibətlərinin sosial müdafiə sahəsini də əhatə etdiyi vurğulanıb. Sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da daim genişlənəcəyinə əminlik ifadə olunub. Yenilənmiş saziş layihəsi hər iki ölkə vətəndaşlarının pensiya və müavinətlə təminatı, sosial müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət üzrə əməkdaşlığı nəzərdə tutur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796477_311:0:3042:2048_1920x0_80_0_0_7f2c1d7b56a6ad3982b7ee4492505ae6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya, əmək və əhalinin sosial müdafiə nazirliyi
pensiya, əmək və əhalinin sosial müdafiə nazirliyi
Azərbaycanın pensiya sistemində Türkiyə modeli tətbiq ediləcək?
14:00 08.02.2024 (Yenilənib: 14:03 08.02.2024) Sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da daim genişlənəcəyinə əminlik ifadə olunub.
BAKI, 8 fevral — Sputnik. Azərbaycan və Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri pensiya və müavinətlə təminat, sosial müdafiə sahəsində qarşılıqlı fəaliyyət üzrə danışıqlar aparır. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyində olub.
Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair 17 iyul 1998-ci ildə imzalanmış sazişin müasir dövrün tələblərinə uyğun yenilənməsi işləri aparılır.
Məqsəd saziş çərçivəsində hər iki ölkə vətəndaşlarının sosial müdafiə alətləri ilə əhatə olunma dairəsinin genişləndirilməsidir. İki nazirliyin ekspertləri arasında keçirilən görüşdə sözügedən sazişin yeni layihəsinin mətni razılaşdırılıb və hazırda bu sənəd üzərində qarşılıqlı olaraq texniki düzəlişlər həyata keçirilir.
Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertem, Türkiyə Sosial Müdafiə Qurumunun sədri Raci Kaya ilə görüşləri olub. Görüşlərdə iki ölkə arasında mövcud olan möhkəm qardaşlıq və dostluq münasibətlərinin sosial müdafiə sahəsini də əhatə etdiyi vurğulanıb. Sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da daim genişlənəcəyinə əminlik ifadə olunub.
Yenilənmiş saziş layihəsi hər iki ölkə vətəndaşlarının pensiya və müavinətlə təminatı, sosial müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət üzrə əməkdaşlığı nəzərdə tutur.