https://sputnik.az/20240208/azerbaycani-kastalara-bolmek-cehdi-varlilar-pul-verib-herbi-xidmete-getmeyecekler-462413596.html
Azərbaycanı kastalara bölmək cəhdi: Varlılar pul verib hərbi xidmətə getməyəcəklər
Azərbaycanı kastalara bölmək cəhdi: Varlılar pul verib hərbi xidmətə getməyəcəklər
Sputnik Azərbaycan
Ekspert hesab edir ki, maddi imkanlı şəxslər pul ödəyib övladlarını hərbi xidmətdən yayındıracaqlar və nəticədə camaat arasında sosial təbəqələşmə yaranacaq. 08.02.2024, Sputnik Azərbaycan
2024-02-08T09:18+0400
2024-02-08T09:18+0400
2024-02-08T09:18+0400
hərbi
cəmiyyət
deputat
hərbi xidmət
ödənişli
https://cdnn1.img.sputnik.az/img/07e6/02/06/438885892_100:0:900:450_1920x0_80_0_0_971b0a72ca5df9f5f6842ad23279645d.jpg
BAKI, 7 fevral - Sputnik. Milli Məclisin deputatı Ceyhun Məmmədov universitetlərdəki keçmiş hərbi kafedraların bərpasını təklif edib."Universitetlərdə hərbi kafedraların ləğvi düzgün deyildi. Bu kafedralar sovet dövründə təsadüfi yaradılmamışdı. Məqsədli formada yaradıldığından, ali təhsil müəssisələrində hərbi kafedraların yenidən bərpasına ehtiyac var" - deputat Ceyhun Məmmədov son günlər müzakirələrə səbəb olan ödənişli və müqaviləli hərbi xidmətlə bağlı təklifləri şərh edərkən deyib. Qeyd edək ki, hərbi kafedraların bərpası ilə bağlı məsələ yenidən ölkə gündəminə gəlib. Buna səbəb Milli Məclisin plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişikliyi nəzərdə tutan qanun layihəsinin müzakirəsi çərçivəsində millət vəkili Elnur Allahverdiyev tərəfindən alternativ hərbi xidmətə dair təklifin səsləndirilməsi olub. Deputat deyib ki, büdcəyə vəsaitin daxil edilməsi müqabilində daha az müddətli hərbi xidmətin keçilməsi ilə bir sıra problem və ya çətinliklərin aradan qaldırılmasına nail olmaq mümkündür. Onun sözlərinə görə, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur: "Tam müddət hərbi xidməti saxlamaqla aşağı müddətli qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar". E.Allahverdiyevin fikrincə, belə bir dəyişiklik edilsə, bu, bir sıra problem, yaxud obyektiv çətinliklərin həllində öz müsbət rolunu oynaya bilər: "Burada ilk növbədə gənclərin təhsil probleminə diqqət yetirə bilərik. Azərbaycanda iki dəfə gənclərin dövlət hesabına xaricdə təhsil almalarını tənzimləyən proqram qəbul olunub. Bu, bizim dövlət siyasətimizdir, cənab Prezidentin təşəbbüsüdür ki, əldə etdiyimiz kapitalı insan kapitalına çevirməliyik. Gənclərin savadlı kadrlar olaraq yetişmələri hökumətin prioritetlərindən biridir. Təbii ki hər bir vətəndaş hərbi xidmət borcunu yerinə yetirməlidir. Ancaq ali təhsil almış şəxslər 1 il ərzində hərbi xidmətdə olmalarından sonra yenidən təhsilə, elmi axtarışlara adaptasiya olunmaq, karyera quruculuğu baxımından müəyyən çətinliklər yaşayırlar. Düşünürəm ki, əgər belə bir dəyişiklik edilərsə, gənclərimiz, misal üçün, 2 aylıq hərbi xidmət proqramını keçməklə təhsilini davam etdirməyə, yaxud karyera quruculuğu prosesinə qayıda bilərlər. Bu, həm təhsil, həm də karyera kimi vacib məqamlarda ardıcıllığın əldə edilməsinə səbəb ola bilər. Yəni dövlətin gənc nəslin təhsili üçün böyük vəsaitlər xərclədiyi bir reallıqda, hərbi xidmət bu ardıcıllığı müəyyən mənada pozmuş olur". Deputat hesab edir ki, hər bir gənc hərbi biliklərə yiyələnmək, vətəni qorumaq üçün hərbi bacarıqlara malik olmaq kimi vəzifənin daşıyıcısıdır. Əgər belə bir dəyişiklik həyata keçirilərsə, bütün ali məktəblərdə bir vaxtlar mövcud olmuş hərbi kafedraların bərpası məsələsinə də baxa bilərik. Bu yolla təhsil dövründə tələbələrin hərb elmi ilə tanışlığı prosesi təşkil olunar. Millət vəkili Ceyhun Məmmədov isə bu qənaətdədir ki, alternativ hərbi xidmətlə bağlı düşünmək lazımdır. Onun sözlərinə görə, alternativ hərbi xidmətlə bağlı təkliflər təhlil olunmalıdır. Çünki, dünyada gərginlik davam edir. Hərbi ekspert Ramil Məmmədli isə Sputnik Azərbaycan-a bildirib ki, ali məktəblərdə hərbi kafedraların bərpası müsbət təklif olsa da, bu, hərbi xidməti əvəzləyə bilməz: "Sovet dövründə Bakı Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin mükəmməl hərbi kafedraları olub. Bu kafedralar yenidən bərpa edilə bilər. Amma bu, həqiqi hərbi xidmət keçməyin, əyninə əsgər forması geyinib kazarmada yatmağın, Vətənə xidmət etməyin yerini əvəz edə bilməz. Ordu ideoloji, hərbi-siyasi məsələdir. Buna marketinq nəzəriyyəsi ilə baxmaq olmaz. Alternativ hərbi xidmət təklifini verən deputatın çoxlu sayda biznes obyektləri var. 50 min manat onun bir mağazasından gələn aylıq gəlirdir. Belə maddi imkanlı şəxslər pul ödəyib övladlarını hərbi xidmətdən yayındıracaqlar. Bu elə hərbi xidmətdən yayınmağın bir yoludur. O zaman camaat arasında sosial təbəqələşmə yaranacaq. Azərbaycanı kastalara bölmək düzgün deyil. Bu insanlar arasında sosial narazılığa səbəb olacaq" - Ramil Məmmədli bildirib. Xatırladaq ki, Azərbaycanda ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində oğlan və qız şagirdlərinə həftədə 2 saat olmaqla il boyu 68 saat "Çağırışaqədərki hazırlıq" dərsləri tədris olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/06/438885892_200:0:800:450_1920x0_80_0_0_19136e8ee2d997de400cc213c4be041c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hərbi, deputat, hərbi xidmət, ödənişli
hərbi, deputat, hərbi xidmət, ödənişli
Azərbaycanı kastalara bölmək cəhdi: Varlılar pul verib hərbi xidmətə getməyəcəklər
Ekspert hesab edir ki, maddi imkanlı şəxslər pul ödəyib övladlarını hərbi xidmətdən yayındıracaqlar və nəticədə camaat arasında sosial təbəqələşmə yaranacaq.
BAKI, 7 fevral - Sputnik. Milli Məclisin deputatı Ceyhun Məmmədov universitetlərdəki keçmiş hərbi kafedraların bərpasını təklif edib.
"Universitetlərdə hərbi kafedraların ləğvi düzgün deyildi. Bu kafedralar sovet dövründə təsadüfi yaradılmamışdı. Məqsədli formada yaradıldığından, ali təhsil müəssisələrində hərbi kafedraların yenidən bərpasına ehtiyac var" - deputat Ceyhun Məmmədov son günlər müzakirələrə səbəb olan ödənişli və müqaviləli hərbi xidmətlə bağlı təklifləri şərh edərkən deyib.
Qeyd edək ki, hərbi kafedraların bərpası ilə bağlı məsələ yenidən ölkə gündəminə gəlib. Buna səbəb Milli Məclisin plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişikliyi nəzərdə tutan qanun layihəsinin müzakirəsi çərçivəsində millət vəkili Elnur Allahverdiyev tərəfindən alternativ hərbi xidmətə dair təklifin səsləndirilməsi olub. Deputat deyib ki, büdcəyə vəsaitin daxil edilməsi müqabilində daha az müddətli hərbi xidmətin keçilməsi ilə bir sıra problem və ya çətinliklərin aradan qaldırılmasına nail olmaq mümkündür. Onun sözlərinə görə, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur:
"Tam müddət hərbi xidməti saxlamaqla aşağı müddətli qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar".
E.Allahverdiyevin fikrincə, belə bir dəyişiklik edilsə, bu, bir sıra problem, yaxud obyektiv çətinliklərin həllində öz müsbət rolunu oynaya bilər:
"Burada ilk növbədə gənclərin təhsil probleminə diqqət yetirə bilərik. Azərbaycanda iki dəfə gənclərin dövlət hesabına xaricdə təhsil almalarını tənzimləyən proqram qəbul olunub. Bu, bizim dövlət siyasətimizdir, cənab Prezidentin təşəbbüsüdür ki, əldə etdiyimiz kapitalı insan kapitalına çevirməliyik. Gənclərin savadlı kadrlar olaraq yetişmələri hökumətin prioritetlərindən biridir. Təbii ki hər bir vətəndaş hərbi xidmət borcunu yerinə yetirməlidir. Ancaq ali təhsil almış şəxslər 1 il ərzində hərbi xidmətdə olmalarından sonra yenidən təhsilə, elmi axtarışlara adaptasiya olunmaq, karyera quruculuğu baxımından müəyyən çətinliklər yaşayırlar. Düşünürəm ki, əgər belə bir dəyişiklik edilərsə, gənclərimiz, misal üçün, 2 aylıq hərbi xidmət proqramını keçməklə təhsilini davam etdirməyə, yaxud karyera quruculuğu prosesinə qayıda bilərlər. Bu, həm təhsil, həm də karyera kimi vacib məqamlarda ardıcıllığın əldə edilməsinə səbəb ola bilər. Yəni dövlətin gənc nəslin təhsili üçün böyük vəsaitlər xərclədiyi bir reallıqda, hərbi xidmət bu ardıcıllığı müəyyən mənada pozmuş olur".
Deputat hesab edir ki, hər bir gənc hərbi biliklərə yiyələnmək, vətəni qorumaq üçün hərbi bacarıqlara malik olmaq kimi vəzifənin daşıyıcısıdır. Əgər belə bir dəyişiklik həyata keçirilərsə, bütün ali məktəblərdə bir vaxtlar mövcud olmuş hərbi kafedraların bərpası məsələsinə də baxa bilərik. Bu yolla təhsil dövründə tələbələrin hərb elmi ilə tanışlığı prosesi təşkil olunar.
Millət vəkili Ceyhun Məmmədov isə bu qənaətdədir ki, alternativ hərbi xidmətlə bağlı düşünmək lazımdır. Onun sözlərinə görə, alternativ hərbi xidmətlə bağlı təkliflər təhlil olunmalıdır. Çünki, dünyada gərginlik davam edir.
Hərbi ekspert Ramil Məmmədli isə Sputnik Azərbaycan-a bildirib ki, ali məktəblərdə hərbi kafedraların bərpası müsbət təklif olsa da, bu, hərbi xidməti əvəzləyə bilməz:
"Sovet dövründə Bakı Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin mükəmməl hərbi kafedraları olub. Bu kafedralar yenidən bərpa edilə bilər. Amma bu, həqiqi hərbi xidmət keçməyin, əyninə əsgər forması geyinib kazarmada yatmağın, Vətənə xidmət etməyin yerini əvəz edə bilməz. Ordu ideoloji, hərbi-siyasi məsələdir. Buna marketinq nəzəriyyəsi ilə baxmaq olmaz. Alternativ hərbi xidmət təklifini verən deputatın çoxlu sayda biznes obyektləri var. 50 min manat onun bir mağazasından gələn aylıq gəlirdir. Belə maddi imkanlı şəxslər pul ödəyib övladlarını hərbi xidmətdən yayındıracaqlar. Bu elə hərbi xidmətdən yayınmağın bir yoludur. O zaman camaat arasında sosial təbəqələşmə yaranacaq. Azərbaycanı kastalara bölmək düzgün deyil. Bu insanlar arasında sosial narazılığa səbəb olacaq" - Ramil Məmmədli bildirib.
Xatırladaq ki, Azərbaycanda ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində oğlan və qız şagirdlərinə həftədə 2 saat olmaqla il boyu 68 saat "Çağırışaqədərki hazırlıq" dərsləri tədris olunur.