CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 7 fevral – FOTO

© Sputnik / Elnur Salayev7 fevral
7 fevral - Sputnik Azərbaycan, 1920, 07.02.2024
Abunə olmaq
Dünyada və ölkədə müxtəlif illərdə məhz bu gün hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 7 fevral — Sputnik. Fevralın 7-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 7-də kimlər dünyaya gəlib?
Tofiq Tağızadə (1919 - 1998) - rejissor, aktyor və Azərbaycan SSR xalq artistidir. O, "Uzaq sahillərdə", "Əsl dost", "Mateo Falkon", "Mən ki, gözəl deyildim", "Dədə Qorqud", "Babamızın babasının babası" və s. filmləri çəkib.
© Photo : TRENDTofiq Tağızadə
Tofiq Tağızadə - Sputnik Azərbaycan, 1920, 07.02.2024
Tofiq Tağızadə
Mübariz İbrahimov (1988 - 2010) - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri və Azərbaycanın Milli Qəhrəmanıdır.
© Photo : From the personal archives of Mubariz İbrahimovMübariz İbrahimov
Mübariz İbrahimov - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Mübariz İbrahimov
Çarlz Dikkens (1812 - 1870) - ingilis yazıçısı, dünya ədəbiyyatının klassiki, XIX əsrin ən böyük nasir yazıçılarından biridir. O, sağlığında ən populyar ingilisdilli yazıçı olub. Dikkensin ən məşhur romanları: "Pikkviks klubunun ölümündən sonrakı qeydləri", "Oliver Tvist", "Nikolas Niklbi", "Devid Kopperfild", "Soyuq ev", "İki şəhərin nağılı" və s.
Aleksandr Çijevski (1897 - 1964) - sovet alimi, biofiziki, kosmik təbiətşünaslığın və kosmik ekologiyanın banilərindən biridir.
Diter Bolen (1954) alman pop musiqiçisi, bəstəkar, musiqi prodüseri, müğənni və dizaynerdir. O, daha çox "Modern Talking" duetinin yaradıcısı və üzvü, öz "Blue System" qrupunun lideri və müğənni C.C.Catçın prodüseri kimi tanınır.
© AP Photo / Hermann J. KnippertzDiter Bolen
Dieter Bolen - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Diter Bolen
Migel Ferrer (1955 - 2017) - amerikalı aktyordur. O, "Robokop" və "Gecə uçuşu" filmlərində, "Qarşıdurma", "Tvin Piks" seriallarında oynadığı rollarla tanınıb.
Fevralın 7-də dünyada baş verən tarixi hadisələr
1906-cı ildə SOS siqnalı əvvəlcə gəmilərdə istifadə edilən CQD kodunu əvəz etmək üçün beynəlxalq fəlakət siqnalı kimi istifadəsi təklif edilib. Morze əlifbasında SOS hərflərinin birləşməsi radioteleqraf rabitəsində beynəlxalq fəlakət siqnalına çevrilib.
© Sputnik / Сергей ПятаковMoskvadakı M.Qorki adına kinostudiyanın rekvizit anbarında Morze əlifbası maşınlarının kolleksiyası, arxiv
Коллекция аппаратов азбуки Морзе на реквизиторском складе киностудии имени М. Горького в Москве. - Sputnik Azərbaycan, 1920, 07.02.2024
Moskvadakı M.Qorki adına kinostudiyanın rekvizit anbarında Morze əlifbası maşınlarının kolleksiyası, arxiv
1940-cı ildə Hetti Makdeniel "Küləklə sovrulanlar" filmindəki ikinci plan roluna görə "Oskar" mükafatına layiq görülən ilk qaradərili aktrisa olub.
1981-ci ildə Leninqrad yaxınlığında Tu-104 təyyarəsinin qəzaya uğraması nəticəsində SSRİ Sakit Okean Donanmasının bütün rəhbərliyi həlak olub. Həyatlarını itirən 52 nəfərdən 16-sı admirallar və generallar, demək olar ki, 20 nəfəri də admiral vəzifələrində çalışan birinci dərəcəli kapitanlardan ibarət olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0