https://sputnik.az/20240207/sesvermede-jurnalistlerin-informasiya-elde-etmek-huququ-mehdudlasdirilmir---agentlik-462458717.html
Səsvermədə jurnalistlərin informasiya əldə etmək hüququ məhdudlaşdırılmır - Agentlik
Səsvermədə jurnalistlərin informasiya əldə etmək hüququ məhdudlaşdırılmır - Agentlik
Sputnik Azərbaycan
Medianın İnkişafı Agentliyi prezident seçkilərində jurnalistlərin fəaliyyəti ilə bağlı açıqlama yayıb. 07.02.2024, Sputnik Azərbaycan
2024-02-07T12:50+0400
2024-02-07T12:50+0400
2024-02-07T12:50+0400
cəmiyyət
səsvermə
medianın inkişafı agentliyi
seçki
prezident
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1e/440601480_0:103:2000:1228_1920x0_80_0_0_3c2f2fae786e86e3a99caefc33bd34d5.jpg
BAKI, 7 fevral - Sputnik. Növbədənkənar prezident seçkilərində jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır. Bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.Açıqlamada, həmçinin qeyd edilib:Agentlik xatırladıb ki, Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərdə media subyektlərinin istər seçki prosesində şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməli olduqları bildirilib:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1e/440601480_114:0:1887:1330_1920x0_80_0_0_bc0d59285315202087cf2af889fed30d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səsvermə, medianın inkişafı agentliyi, seçki, prezident
səsvermə, medianın inkişafı agentliyi, seçki, prezident
Səsvermədə jurnalistlərin informasiya əldə etmək hüququ məhdudlaşdırılmır - Agentlik
Medianın İnkişafı Agentliyi prezident seçkilərində jurnalistlərin fəaliyyəti ilə bağlı açıqlama yayıb.
BAKI, 7 fevral - Sputnik. Növbədənkənar prezident seçkilərində jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır. Bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
Açıqlamada, həmçinin qeyd edilib:
“Bu kimi əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır".
Agentlik xatırladıb ki, Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərdə media subyektlərinin istər seçki prosesində şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməli olduqları bildirilib:
"Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.