https://sputnik.az/20240207/olkemizin-en-yasli-secicisi-ses-verdi-462467324.html
Ölkəmizin ən yaşlı seçicisi səs verdi
Ölkəmizin ən yaşlı seçicisi səs verdi
Sputnik Azərbaycan
Növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. 07.02.2024, Sputnik Azərbaycan
2024-02-07T16:27+0400
2024-02-07T16:27+0400
2024-02-07T16:28+0400
cəmiyyət
seçici
ağdaş
yaşlı
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462466931_0:0:1010:568_1920x0_80_0_0_39523a0af3665166b24d666ff39f2684.jpg
BAKI, 7 fevral - Sputnik. Bu gün 93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqəsində qeydə alınan ölkənin ən yaşlı seçicisi səs verib. Bu barədə Azərtac xəbər yayıb.Ağdaşın Hapıtlı kəndində yaşayan Barı Nəbiyeva 1900-cü ildə doğulub. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Barı nənənin evinə daşınan seçki qutusu aparılıb. İstədiyi namizədə səs verən Barı Nəbiyeva qalib gələcək şəxsə uğurlar arzulayıb.Xatırladaq ki, 93 saylı Ağdaş seçki dairəsi 51 seçki məntəqəsini əhatə edir. Bu məntəqələr üzrə 52 min 592 seçici prezident seçkilərində öz seçimlərini etməli, istədiyi namizədə səs verməlidir.Rayonda səhər saat 8:00-dan seçki kampaniyasının mühüm mərhələsi olan səsverməyə mütəşəkkilliklə başlanılıb. 1470 nəfər ilk dəfə səs verəcək, 324 nəfərin evinə daşınan seçki qutusu aparılacaq.Dairə seçki komissiyasının sədri Əsgərxan Həsənov bildirib ki, səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol vermədən davam edir. Hazırda səsvermənin gedişini 680 yerli müşahidəçi izləyir.Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 478 840 nəfərdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462466931_81:0:921:630_1920x0_80_0_0_a6f198a339a6d4dbf5891f7294bb1b7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçici, ağdaş, yaşlı
Ölkəmizin ən yaşlı seçicisi səs verdi
16:27 07.02.2024 (Yenilənib: 16:28 07.02.2024) Növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.
BAKI, 7 fevral - Sputnik. Bu gün 93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqəsində qeydə alınan ölkənin ən yaşlı seçicisi səs verib. Bu barədə Azərtac xəbər yayıb.
Ağdaşın Hapıtlı kəndində yaşayan Barı Nəbiyeva 1900-cü ildə doğulub. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Barı nənənin evinə daşınan seçki qutusu aparılıb. İstədiyi namizədə səs verən Barı Nəbiyeva qalib gələcək şəxsə uğurlar arzulayıb.
Xatırladaq ki, 93 saylı Ağdaş seçki dairəsi 51 seçki məntəqəsini əhatə edir. Bu məntəqələr üzrə 52 min 592 seçici prezident seçkilərində öz seçimlərini etməli, istədiyi namizədə səs verməlidir.
Rayonda səhər saat 8:00-dan seçki kampaniyasının mühüm mərhələsi olan səsverməyə mütəşəkkilliklə başlanılıb. 1470 nəfər ilk dəfə səs verəcək, 324 nəfərin evinə daşınan seçki qutusu aparılacaq.
Dairə seçki komissiyasının sədri Əsgərxan Həsənov bildirib ki, səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol vermədən davam edir. Hazırda səsvermənin gedişini 680 yerli müşahidəçi izləyir.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 478 840 nəfərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.