Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev 94 faiz səslə liderdir - “Exit-poll”

© Photo : AZƏRTACVətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi brifinq
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi brifinq - Sputnik Azərbaycan, 1920, 07.02.2024
Abunə olmaq
Növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatıb.
BAKI, 7 fevral - Sputnik. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrini elan edib. Təşkilatın nümayəndəsi George Brinbaum “exit-poll”un nəticələrini açıqlayıb.
Nəticələr aşağıdakı kimidir:
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 93.9 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 1.2 faiz;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 1.8 faiz;
Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa - 1.5 faiz;
Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.4 faiz;
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 0.9 faiz;
Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev - 0.3.
© Sputnik / Elnur Salayevİnfoqrafika: Azərbaycan prezidentliyinə namizədlər
İnfoqrafika: Azərbaycan prezidentliyinə namizədlər - Sputnik Azərbaycan, 1920, 07.02.2024
İnfoqrafika: Azərbaycan prezidentliyinə namizədlər
Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.
Ölkə üzrə 6 milyon 478 min 840 nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki dairəsi üzrə 6537 seçki məntəqəsində (6319 daimi, 218 müvəqqəti) səs veriblər. Səsvermə prosesi 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.
Növbədənkənar prezident seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0