https://sputnik.az/20240207/bu-gun-azerbaycanda-novbedenkenar-prezident-seckileri-kecirilir-462420968.html
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir
Sputnik Azərbaycan
Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. 07.02.2024, Sputnik Azərbaycan
2024-02-07T00:00+0400
2024-02-07T00:00+0400
2024-02-07T00:00+0400
seçkilər
azərbaycan xəbərləri
prezident ilham əliyev
səsvermə
prezident seçkiləri
növbədənkənar prezident seçkiləri
https://cdnn1.img.sputnik.az/img/41481/72/414817204_0:0:2000:1125_1920x0_80_0_0_7c99b2324fd480c3460eb696593e7ccd.jpg
BAKI, 7 fevral — Sputnik. Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri günüdür. Sputnik Azərbaycan xəbər verir ki, prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 6319 daimi seçki məntəqəsi (bu saya müvəqqəti əsaslarla yaradılan seçki məntəqələri daxil deyil) fəaliyyət göstərəcək. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 790 beynəlxalq (72 təşkilat, 89 ölkə) və 89 min 366 yerli müşahidəçi izləyəcək. MSK səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00) ilkin məlumatları açıqlayacaq. Prezident seçkilərində səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. Hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçici var. Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteni çap olunub. Sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçiriləcək. Belə ki, həmin ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş, habelə öz doğma yurdlarına qayıtmış şəxslərin seçki hüququnun təmini məqsədilə 26 seçki məntəqəsi yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41481/72/414817204_227:0:2000:1330_1920x0_80_0_0_f6bd1ab441515092e1c50beca5721cf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçkilər, prezident ilham əliyev, səsvermə, prezident seçkiləri, növbədənkənar prezident seçkiləri
seçkilər, prezident ilham əliyev, səsvermə, prezident seçkiləri, növbədənkənar prezident seçkiləri
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir
Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür.
BAKI, 7 fevral — Sputnik. Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri günüdür.
Sputnik Azərbaycan xəbər verir ki, prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 6319 daimi seçki məntəqəsi (bu saya müvəqqəti əsaslarla yaradılan seçki məntəqələri daxil deyil) fəaliyyət göstərəcək. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 790 beynəlxalq (72 təşkilat, 89 ölkə) və 89 min 366 yerli müşahidəçi izləyəcək.
MSK səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00) ilkin məlumatları açıqlayacaq.
Prezident seçkilərində səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. Hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçici var.
Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteni çap olunub.
Sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçiriləcək. Belə ki, həmin ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş, habelə öz doğma yurdlarına qayıtmış şəxslərin seçki hüququnun təmini məqsədilə 26 seçki məntəqəsi yaradılıb.