https://sputnik.az/20240207/azerbaycanin-milli-secki-qanunvericiliyi--beynelxalq-standartlara-tam-uygundur---asanov-462462084.html
Azərbaycanın milli seçki qanunvericiliyi beynəlxalq standartlara tam uyğundur - ASANOV
Azərbaycanın milli seçki qanunvericiliyi beynəlxalq standartlara tam uyğundur - ASANOV
Sputnik Azərbaycan
MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi bildirib ki, seçkilər və onlara hazırlıq zamanı ən çox işlədilən söz "tarixi" sözüdür. 07.02.2024, Sputnik Azərbaycan
2024-02-07T14:49+0400
2024-02-07T14:49+0400
2024-02-07T15:53+0400
azərbaycan xəbərləri
qazaxıstan
seçki
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462456783_0:156:3000:1844_1920x0_80_0_0_d4b9a13dc01b7324ceec3e36ca5fe7cb.jpg
BAKI, 7 fevral - Sputnik. Azərbaycanın milli seçki qanunvericiliyi bu beynəlxalq standartlara tam uyğundur. Belə bir açıqlama ilə Sputnik Azərbaycan-a müsahibəsində Qazaxıstan Respublikası Parlamenti Senatının sədr müavini, MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Jakip Asanov seçki məntəqələrinin seçkilərə hazırlıq səviyyəsi ilə bağlı suala cavab verərkən çıxış edib.Onun sözlərinə görə, müşahidəçilər qrupunda 38 nəfərdən - senatorlardan, 6 ştatın parlamentinin üzvlərindən, Parlamentlərarası Assambleyanın katibliyinin rəsmilərindən ibarət beynəlxalq heyət təmsil olunur. Qrupm Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvətindən sonra yaradılıb."Qrup qarşısında 3 vəzifə qoymuşuq: seçkilərlə bağlı Azərbaycan qanunvericiliyini qiymətləndirmək, onun beynəlxalq standartlara və ümumi qəbul edilmiş təcrübələrə nə dərəcədə uyğun olduğunu öyrənmək. İkincisi, dekabrın 18-dən fəaliyyətə başlayan qrupumuz seçkilərə hazırlığın monitorinqini aparıb, o cümlədən namizədlərin seçki qərargahında dövlət qurumlarının, Azərbaycanın MDB ölkələrindəki səfirlik və konsulluqlarının nümayəndələri ilə görüşlər keçirib. Üçüncüsü, təbii ki, təkcə Azərbaycanda deyil, xaricdə də seçki məntəqələrində səsvermə prosesinin özünün iştirakı və müşahidəsidir. Məntəqələr bağlanandan sonra axşam nəticələrinə yekun vurub təəssüratlarımızı bölüşəcəyik".Asanovun sözlərinə görə, seçkilər və onlara hazırlıq zamanı ən çox işlədilən söz "tarixi"dir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462456783_167:0:2834:2000_1920x0_80_0_0_527e8183a7a5f8ad809b55a00fc25558.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan, seçki, azərbaycan
qazaxıstan, seçki, azərbaycan
Azərbaycanın milli seçki qanunvericiliyi beynəlxalq standartlara tam uyğundur - ASANOV
14:49 07.02.2024 (Yenilənib: 15:53 07.02.2024) MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi bildirib ki, seçkilər və onlara hazırlıq zamanı ən çox işlədilən söz "tarixi" sözüdür.
BAKI, 7 fevral - Sputnik. Azərbaycanın milli seçki qanunvericiliyi bu beynəlxalq standartlara tam uyğundur. Belə bir açıqlama ilə Sputnik Azərbaycan-a müsahibəsində Qazaxıstan Respublikası Parlamenti Senatının sədr müavini, MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Jakip Asanov seçki məntəqələrinin seçkilərə hazırlıq səviyyəsi ilə bağlı suala cavab verərkən çıxış edib.
"Təbii ki, biz ümumi seçki hüququnun təmin edilməsi kimi mühüm fundamental prinsiplərin Azərbaycan qanunvericiliyində nə dərəcədə təsbit edildiyinə, gizli səsvermə üçün şəraitin necə təmin olunduğuna, qanunvericilikdə açıq və şəffaf seçkilərə nə dərəcədə təminat verildiyinə baxdıq. Bu prinsiplər nöqteyi-nəzərindən dəyərləndirdik və belə bir nəticəyə gəldik", qazaxıstanlı parlamentari bildirib.
Onun sözlərinə görə, müşahidəçilər qrupunda 38 nəfərdən - senatorlardan, 6 ştatın parlamentinin üzvlərindən, Parlamentlərarası Assambleyanın katibliyinin rəsmilərindən ibarət beynəlxalq heyət təmsil olunur. Qrupm Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvətindən sonra yaradılıb.
"Qrup qarşısında 3 vəzifə qoymuşuq: seçkilərlə bağlı Azərbaycan qanunvericiliyini qiymətləndirmək, onun beynəlxalq standartlara və ümumi qəbul edilmiş təcrübələrə nə dərəcədə uyğun olduğunu öyrənmək. İkincisi, dekabrın 18-dən fəaliyyətə başlayan qrupumuz seçkilərə hazırlığın monitorinqini aparıb, o cümlədən namizədlərin seçki qərargahında dövlət qurumlarının, Azərbaycanın MDB ölkələrindəki səfirlik və konsulluqlarının nümayəndələri ilə görüşlər keçirib. Üçüncüsü, təbii ki, təkcə Azərbaycanda deyil, xaricdə də seçki məntəqələrində səsvermə prosesinin özünün iştirakı və müşahidəsidir. Məntəqələr bağlanandan sonra axşam nəticələrinə yekun vurub təəssüratlarımızı bölüşəcəyik".
Asanovun sözlərinə görə, seçkilər və onlara hazırlıq zamanı ən çox işlədilən söz "tarixi"dir.
"Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra ilk belə seçkidir. Və daha bir şey: MSK-nın planına baxsanız, hiss edirsiniz ki, iradənin azad ifadəsi üçün şərait yaradılması ilə bağlı çox iş görülüb. Konstruktiv şəraitdə aparılan təşviqat işləri üçün bütün namizədlərə lazımi şərait yaradılıb. Sizi belə bir tarixi hadisə münasibətilə ürəkdən təbrik edir, sizə uğurlar arzulayıram. Əminəm ki, müdrik Azərbaycan xalqı öz gələcəyi naminə düzgün seçim edəcək", müşahidəçi fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.