https://sputnik.az/20240207/amerikali-alimler-ilk-defe-canli-beyin-toxumasini-3d-printerde-cap-edibler-462469895.html
Amerikalı alimlər ilk dəfə canlı beyin toxumasını 3D printerdə çap ediblər
Amerikalı alimlər ilk dəfə canlı beyin toxumasını 3D printerdə çap ediblər
Sputnik Azərbaycan
Bioloqlar həmçinin beyin hüceyrələrini daha yumşaq bir gelə yerləşdirərək materialı kifayət qədər güclü hala gətiriblər, eyni zamanda neyronların bir-birinə... 07.02.2024, Sputnik Azərbaycan
2024-02-07T23:33+0400
2024-02-07T23:33+0400
2024-02-07T23:33+0400
beyin
dünya xəbərləri
hüceyrə
printer
https://cdnn1.img.sputnik.az/img/42178/51/421785192_0:160:3073:1888_1920x0_80_0_0_3fd4b0dba3e464ae6abacdbc6fa0f6d2.jpg
BAKI, 7 fevral — Sputnik. ABŞ-ın Medison şəhərində yerləşən Viskonsin Universitetinin bioloqları ilk dəfə olaraq 3D printerdən istifadə edərək həqiqi beyin kimi böyüyə və işləyə bilən insan beyin toxuması yaradıblar. Bu barədə "Gazeta.Ru" xəbər verib. Üçölçülü çap üçün adi yanaşma ilə materialın təbəqələri bir-birinin üstünə şaquli şəkildə yığılır. Yeni tədqiqatda alimlər, hüceyrələrin bir-birinə yaxın yerləşdiyi, masanın üstündə olan karandaş kimi üfüqi istiqamətdə olmasını təklif ediblər. Eyni zamanda onlar beyin hüceyrələrini daha yumşaq bir gelə yerləşdirirlər, bu sayəsində material kifayət qədər möhkəm olur, lakin neyronların bir-birinə qarımasına və siqnal mübadiləsinə imkan verir. Çap edilmiş beyin toxuması Daun sindromlu, Alzheymer və ya Parkinson xəstəliklərində hüceyrələr arasındakı siqnalların ötürülməsini öyrənmək, həmçinin yeni dərmanların sınaqdan keçirilməsi üçün istifadə edilə bilər. Texnologiya xüsusi bioçap avadanlığı və ya hüceyrə mədəniyyəti üsullarını tələb etmir və buna görə də bir çox laboratoriyalar üçün əlçatan ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42178/51/421785192_170:0:2901:2048_1920x0_80_0_0_c9f5cf03129dbb05aac7460aebbb5cf8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
beyin, hüceyrə, printer
Amerikalı alimlər ilk dəfə canlı beyin toxumasını 3D printerdə çap ediblər
Bioloqlar həmçinin beyin hüceyrələrini daha yumşaq bir gelə yerləşdirərək materialı kifayət qədər güclü hala gətiriblər, eyni zamanda neyronların bir-birinə qarımasına imkan verib.
BAKI, 7 fevral — Sputnik. ABŞ-ın Medison şəhərində yerləşən Viskonsin Universitetinin bioloqları ilk dəfə olaraq 3D printerdən istifadə edərək həqiqi beyin kimi böyüyə və işləyə bilən insan beyin toxuması yaradıblar. Bu barədə "Gazeta.Ru" xəbər verib.
Üçölçülü çap üçün adi yanaşma ilə materialın təbəqələri bir-birinin üstünə şaquli şəkildə yığılır. Yeni tədqiqatda alimlər, hüceyrələrin bir-birinə yaxın yerləşdiyi, masanın üstündə olan karandaş kimi üfüqi istiqamətdə olmasını təklif ediblər. Eyni zamanda onlar beyin hüceyrələrini daha yumşaq bir gelə yerləşdirirlər, bu sayəsində material kifayət qədər möhkəm olur, lakin neyronların bir-birinə qarımasına və siqnal mübadiləsinə imkan verir.
"Biz beyin qabığını və korpus striatumu çap etdik. Tapdıqlarımız olduqca heyrətamiz idi. Hətta beynin müxtəlif hissələrinə aid fərqli hüceyrələri çap etdikdə belə, onlar yenə də bir-biri ilə tamamilə xüsusi və spesifik şəkildə danışa bilirdilər" - alimlər qeyd ediblər.
Çap edilmiş beyin toxuması Daun sindromlu, Alzheymer və ya Parkinson xəstəliklərində hüceyrələr arasındakı siqnalların ötürülməsini öyrənmək, həmçinin yeni dərmanların sınaqdan keçirilməsi üçün istifadə edilə bilər. Texnologiya xüsusi bioçap avadanlığı və ya hüceyrə mədəniyyəti üsullarını tələb etmir və buna görə də bir çox laboratoriyalar üçün əlçatan ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.