https://sputnik.az/20240207/alimler-mayya-sivilizasiyasinin-niye-mehv-oldugunu-askar-edibler-462379736.html
Alimlər Mayya sivilizasiyasının niyə məhv olduğunu aşkar ediblər
Alimlər Mayya sivilizasiyasının niyə məhv olduğunu aşkar ediblər
Sputnik Azərbaycan
Alimlər hazırda mövcud olan bütün tarixi qeydləri, eləcə də insan qalıqlarını travmatik zədə əlamətlərini təhlil ediblər. 07.02.2024, Sputnik Azərbaycan
2024-02-07T21:16+0400
2024-02-07T21:16+0400
2024-02-07T21:16+0400
sivilizasiya
dünya xəbərləri
tarix
mayya
xalq
https://cdnn1.img.sputnik.az/img/07e8/02/04/462370797_0:0:3072:1728_1920x0_80_0_0_27af768d7225455505757164a37b4f7e.jpg
BAKI, 7 fevral — Sputnik. Kaliforniya Universitetinin alimləri Yukatan yarımadasında yerləşən mayya xalqının mədəni və siyasi paytaxtı olan Mayyapan şəhərinin eramızın 13-14-cü əsrlərində quraqlıq səbəbindən məhv biləcəyi qənaətinə gəliblər. Tədqiqatın nəticələri "Nature Communications" jurnalında ("Nature" jurnallar qrupunun bir hissəsi) dərc edilib. Əsərin müəlliflərinin fikrincə, quraqlıq vətəndaş müharibəsinə səbəb olub və bu da öz növbəsində siyasi çöküşə gətirib çıxarıb. Alimlər hazırda mövcud olan bütün tarixi qeydləri, eləcə də insan qalıqlarını travmatik xəsarət əlamətlərinə görə təhlil etdikdən sonra bu qənaətə gəliblər. Bu xəsarətlər vətəndaş qarşıdurmasına dəlalət edə bilərlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/04/462370797_218:0:2949:2048_1920x0_80_0_0_c581b95d584c14a48c4551c11f22ab81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sivilizasiya, tarix, mayya, xalq
sivilizasiya, tarix, mayya, xalq
Alimlər Mayya sivilizasiyasının niyə məhv olduğunu aşkar ediblər
Alimlər hazırda mövcud olan bütün tarixi qeydləri, eləcə də insan qalıqlarını travmatik zədə əlamətlərini təhlil ediblər.
BAKI, 7 fevral — Sputnik. Kaliforniya Universitetinin alimləri Yukatan yarımadasında yerləşən mayya xalqının mədəni və siyasi paytaxtı olan Mayyapan şəhərinin eramızın 13-14-cü əsrlərində quraqlıq səbəbindən məhv biləcəyi qənaətinə gəliblər.
Tədqiqatın nəticələri "Nature Communications" jurnalında ("Nature" jurnallar qrupunun bir hissəsi) dərc edilib.
Əsərin müəlliflərinin fikrincə, quraqlıq vətəndaş müharibəsinə səbəb olub və bu da öz növbəsində siyasi çöküşə gətirib çıxarıb.
"Bir çox dəlil mənbələri göstərir ki, eramızın 1400-1450-ci illəri arasındakı quraqlıqlar zamanı vətəndaş qarşıdurması əhəmiyyətli dərəcədə artıb. Biz iddia edirik ki, uzun sürən quraqlıq rəqib qruplaşmalar arasında gərginliyi artırıb. Nəticədə insanlar daha kiçik yaşayış məntəqələrinə dağılıblar. Bu da Mayyanın xırda siyasi və iqtisadi strukturlarına 16-cı əsrin əvvəllərində Avropa ilə təmasda olana qədər mövcud olmağa imkan yaradıb" - tədqiqatçılar belə yazıblar.
Alimlər hazırda mövcud olan bütün tarixi qeydləri, eləcə də insan qalıqlarını travmatik xəsarət əlamətlərinə görə təhlil etdikdən sonra bu qənaətə gəliblər.
Bu xəsarətlər vətəndaş qarşıdurmasına dəlalət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.