DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlər böyrək xəstəliklərinin inkişaf riskini azaltmağın sadə bir yolunu açıqlayıblar

© iStock.com / peakSTOCKHəkim qızın böyrəklərini müayinə edir
Həkim qızın böyrəklərini müayinə edir - Sputnik Azərbaycan, 1920, 07.02.2024
Abunə olmaq
Məcmuə yazır ki, aktiv həyat tərzi böyrək xəstəliklərinin inkişaf riskinin azalması ilə əlaqədardır.
BAKI, 7 fevral — Sputnik. Çinin Cənubi Tibb Universitetinin alimləri müəyyən ediblər ki, həftədə yüksək fiziki aktivlik səviyyəsi şəkərli diabet və artıq çəkidə olanlar üçün böyrək xəstəliyi riskinin azalması ilə əlaqədardır.
Bu barədə Rusiya mediası "British Journal of Sports Medicine" (BJSM) jurnalında dərc olunan araşdırmanın nəticələrinə istinadən xəbər verib.
Tədqiqatda orta yaş həddi 58 olan, artıq çəkidən və ya şəkərli diabetdən əziyyət çəkən 1746 nəfər iştirak edib. Alimlər bu sınaqdan keçənlərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayaraq onlardan həftədə nə qədər intensivlikli fiziki məşqlərlə məşğul olduqlarını bildirmələrini istəyiblər. Orta və intensiv fiziki aktivlik səviyyələri tədqiqatın əvvəlində, sonra bir ildən , daha sonra isə dörd il və səkkiz ildən sonra xüsusi cihazlardan istifadə etməklə olçülüb.
12 illik təqib dövründə, sınaqdan keçənlərin təxminən üçdə biri (567 nəfər) xroniki böyrək xəstəliyinə doğru irəliləməyə başlayıb. Xroniki böyrək xəstəliyi filtrasiya funksiyalarının (sidiklə əlavə suyu çıxarmaq qabiliyyəti) dəqiqədə 60 ml-ə qədər və ya daha az pisləşməsi nəzərdə tutulub.
Alimlər hər həftə 329-469 dəqiqə arasında orta və yüksək intensivlikli fiziki məşqlərlə məşğul olan könüllülərin 220 dəqiqədən az məşq edənlərlə müqayisədə xroniki böyrək xəstəliyinin inkişaf riskini əhəmiyyətli dərəcədə azaltdığını hesablayıblar.
Tədqiqatın ilk dörd ili ərzində həftəlik hərəkətlilik müddətinin təxminən bir saat (63 dəqiqə) artması eyni riskin 33% azalması ilə əlaqələndirilib.
Tədqiqatçılar vurğulayıblar ki, istənilən intensivlikdə olan fəaliyyət orqanizmə fayda verə bilər. Onlar artıq çəkidən və 2-ci tip diabetli şəkərlərdən əziyyət çəkənlərə xroniki böyrək xəstəliyinin artması riskini azaltmaq üçün hər gün bir saatdan bir qədər çox (67 dəqiqə) orta intensivlikdə idmanla məşğul olmağı, məsələn, sürətli gəzməyi, velosiped sürməyi, qaçış və ya üzgüçülülə məşğul olmağı tövsiyə edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0