Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ukrayna üzərindən tranzitin başa çatması və ya ABŞ indi nələrə gedəcək

© AFP 2024 / ATTILA KISBENEDEKQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.02.2024
Abunə olmaq
Bir halda ki, ABŞ hətta "Şimal axını"nda partlayışlara belə əl atıb, təbii ki, o, Rusiya qazının tranzitini dayandırması üçün Ukraynaya təzyiq göstərəcək.
BAKI, 6 fevral — Sputnik. Bu ilin sonunda Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranziti ilə bağlı müqavilənin müddəti başa çatacaq. Kiyevdə hökm sürən əhval-ruhiyyəni nəzərə alsaq, Ukrayna tərəfinin sənədi yeniləməməsi ehtimalı var. Eyni zamanda, Rusiya Ukrayna ərazisindən Avropaya qaz nəqli ilə bağlı dialoq aparmağa hazır olduğunu dəfələrlə bəyan edib.
Tərəflər yeni müqavilə bağlaya biləcəkmi və buna prinsipcə ehtiyac varmı - Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov "Sputnik Azərbaycan"a bu barədə danışıb.
© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidİqor Yuşkov
İqor Yuşkov - Sputnik Azərbaycan, 1920, 05.02.2024
İqor Yuşkov
"Qazprom" hərraclarda iştirak edəcək
Yuşkov hesab edir ki, uzunmüddətli müqavilə olmadan da Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya tranziti formal olaraq mümkündür.

"Müqavilə əvvəllər məcburi idi, ona görə də "Qazprom" həmişə onu imzalayırdı. Amma Ukraynanın özü bir neçə il əvvəl Avropanın qaz bazarlarını tənzimləyən sistemə, o cümlədən tranzit məsələsinə keçdi. Bu o deməkdir ki, Ukrayna hazırda antiinhisar qanunvericiliyinə uyğun olaraq, boru kəmərinə ayrı-seçkilik olmadan çıxış təmin edilməsindən ötrü Avropadakı kimi hərraclar keçirir" - ekspert bildirib.

O bildirib ki, hərracda bu boru kəməri vasitəsilə qaz vurmaq istəyən bütün şirkətlər iştirak edirlər. Beləliklə, kim daha çox pul ödəyirsə, tranzit hüququ əldə edir. Ukrayna da bu sistemə keçdiyi üçün qaz kəmərlərinə daxil olmaqdan ötrü hərraclar keçirməyə borcludur.
"Ukrayna əvvəllər də belə hərraclar keçirib və "Qazprom", hətta məsələn, 2021-ci ildə belə hərraclarda iştirak edib" - Yuşkov xatırladıb.
Ekspert qeyd edib ki, "Qazprom" uzunmüddətli müqavilə əsasında sutkada 109,5 milyon kubmetr qaz vurmaq hüququna malikdir. Vaxtaşırı isə bu həcmdən artıq qaz vurmaq lazım gəlirdi. Yəni, avropalı alıcılardan müraciətlər olub – bu zaman "Qazprom" belə hərraclarda iştirak edib, bundan sonra əlavə güclərə uyğun olaraq qaz vurmaq hüququ alıb.

"Formal olaraq, uzunmüddətli müqavilə olmadan o da hərraca gələ, orada iştirak edə və ona lazım olan həcmləri vurmaq hüququ əldə edə bilər. Orada rəqabət də mövcud deyil, çünki şərqdən qərbə qaz daşıyan başqa kimsə yoxdur. Ona görə də "Qazprom" artıq onlarda iştirak edib və Ukrayna bundan sonra da bu hərracları davam etdirməyə borcludur. Bu səbəbdən hazırda uzunmüddətli müqaviləyə, ümumiyyətlə ehtiyac yoxdur" - Yuşkov bildirib.

ABŞ tərəfdən təzyiq artacaq
Digər sual isə ondan ibarətdir ki, ABŞ Rusiya qazının Avropaya tranzitini tamamilə dayandırmaq üçün Ukraynaya açıq şəkildə təzyiq göstərəcək, çünki amerikalıların Avropa bazarında Rusiya qazına ehtiyacı yoxdur, o, rəqibdir - analitik belə hesab edir.
"Onlar hətta "Şimal axını" partlayışlarına getdikləri üçün, təbii ki, Rusiya qazının tranzitini dayandırması üçün Ukraynaya təzyiq göstərəcəklər. Həm də bu, elə edilməlidir ki, "Qazprom" hərraclarda iştirak edə bilməsin. Yəni nəinki mövcud müqaviləyə xitam verilməlidir, həm də "Qazprom"un Rusiya qazının tranziti üçün hərraclarda iştirakının qarşısı alınmalıdır" – ekspert bildirib.
"Bu o deməkdir ki, ya ABŞ "Qazprom"a qarşı sanksiyalar tətbiq edəcək, Ukrayna isə onlara əməl etmək zərurətinə istinad edəcək, ya da Kiyevin özü "Qazprom"a qarşı sanksiyalar tətbiq edib, Rusiya şirkəti ilə daha işləyə bilməyəcəyini bəyan edəcək" - Yuşkov qeyd edib.
"Hazırda ABŞ isitmə mövsümünü normal keçə bilmələri üçün avropalılara sadəcə bir az möhlət verir. Bu başa çatandan sonra Ukrayna Rusiya qazının tranzitini, necə lazımdır, əngəlləyə bilər. Üstəlik, ABŞ Cənub-Şərqi Avropadakı müttəfiqlərinə təzyiq göstərəcək ki, onlar da sonuncu qaz kəmərinə - "Türk axını" na əngəl yaratsınlar. Biz bu cəhdləri görmüşük, onlar artıq keçən il olub" - ekspert bildirib.
O xatırladıb ki, məsələn, Bolqarıstan Rusiya qazının tranzitinə vergi tətbiq edərək, hər min kubmetrdən 111 dollar tələb edib. Hazırkı 300 dollar qiymətində bu, təbii ki, qadağanedici tarifdir.
"Lakin Bolqarıstan vergiləri məsələsində Macarıstan Sofiyanı məhkəmə ilə hədələmək və Şengen zonasına qəbuldan imtina etməklə vəziyyəti sabitləşdirə bildi. Nəticədə Bolqarıstan, əslində ayrı-seçkilik addımı olan bu əlavə vergidən imtina etdi" - analitik sözünə davam edib.
Rusiya qazının artığı hara gedəcək?
Yuşkov hesab edir ki, bu və ya digər səbəbdən Avropaya getməyəcək artıq qazı nəql etmək üçün başqa yer yoxdur, çünki "mavi yanacağın" başqa bazarlara yönləndirilməsi üçün infrastruktur lazımdır.
"Ya bizə başqa regionlara, məsələn, Asiyaya yeni qaz kəmərləri lazımdır, ya da qazın mayeləşdirilməsi zavodları. Hər ikisinin tikintisi uzun vaxt aparır. Ona görə də qaz kömür, neft və neft məhsulları ilə olduğu kimi alternativ bazarlara tez yönləndirilməlidir" - ekspert bildirib.
Avropa bazarına tədarükün azalmasından sonra artıq qalan həcmin bir hissəsi Mərkəzi Asiya bazarına, ilk növbədə Özbəkistana ixrac edilib. 2024-cü ildə istilik mövsümündə Rusiya qazının Qazaxıstanla ixracına dair müqavilə imzalana bilər" - Yuşkov qeyd edib.
"Buna görə də Rusiya qazının həcmi Mərkəzi Asiyaya gedir, lakin orada qiymətlər Avropaya ixracdan aşağıdır və həcmlər hələ də kiçikdir. Ona görə də qazın yönləndirilməsi daha çətindir" - o əlavə edib.
Bundan əlavə, analitik qeyd edib ki, Avropanı qazla təmin edən Qərbi Sibir yataqlarından "Sibirin Gücü-2" qaz kəmərinin Çinə tədarük üçün istifadə oluna biləcəyi güman edilirdi. Lakin burada ilk növbədə Çin şirkətləri ilə müqavilə imzalamaq lazımdır, sonra isə boru kəmərini tikməyə başlamaq olar.

"Hələlik Çin şirkətləri ilə sövdələşmə və danışıqlar davam edir. Ona görə də "Sibirin Gücü-2" hələ tikilmir. Türkiyəyə tədarükə gəlincə, bu ölkə artıq Rusiyadan çoxlu qaz alır, ona görə də Türkiyə istiqamətində tədarükün artırılması mümkün deyil" - Yuşkov belə hesab edir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0