DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp: ABŞ-ın sərhəd təhlükəsizliyi və Ukraynaya yardım layihələri fəlakətdir

© AP Photo / Ross D. FranklinDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan, 1920, 06.02.2024
Abunə olmaq
ABŞ Senatı Kiyevə, İsrailə yardım və ölkə sərhədlərinin mühafizəsi üçün vəsaitin ayrılmasını birləşdirəcək qanun layihəsi təqdim edib.
BAKI, 6 fevral — Sputnik. ABŞ Senatı Kiyevə, İsrailə yardım və ölkə sərhədlərinin mühafizəsi üçün vəsaitin ayrılmasını birləşdirəcək qanun layihəsi təqdim edib.
Bu layihələr keçmiş Amerika lideri Donald Tramp tərəfindən "Den Boncinonun şousu"nda tənqid edilib.
Sənədlərə əsasən, senatorlar 118,28 milyard dollar ayırmağı təklif ediblər. Bunun 60,06 milyard dolları Kiyevi dəstəkləməyə sərf olunacaq. Sərhəd təhlükəsizliyinə isə üç dəfə az - 20,2 milyard dollar vəsaitin xərclənməsi nəzərdə tutulub.
Donald Tramp layihəni fəlakət dərəcəsində uğursuz adlandıran Nümayəndələr Palatasının spikeri Mayk Consu dəstəkləyib. Onun sözlərinə görə, layihə gözlənildiyindən də pis görünür.
"Bu qanun layihəsi təqsiri respublikaçıların üzərinə qoyur. Bu, bir hiylədir" - Tramp yaranan vəziyyəti şərh edib.
O əlavə edib ki, qanun layihəsi fəlakətdir. Təklifə əsasən, ABŞ sərhədi miqrantlar üçün bağlanacaq. Ancaq bir şərtlə - əgər onların sayı həftə ərzində gündəlik beş mini keçərsə.
"Mən bunun hərf səhvi olduğunu düşündüm" - Tramp sözünü yekunlaşdırıb.
Bundan əvvəl Respublika Partiyasının rəhbərliyinin qanun layihəsini dəstəkləmədiyi bildirilib. O, bu sənədin müzakirəsini "vaxt itkisi" adlandırıb.
Xəbər lenti
0