https://sputnik.az/20240206/tokayev-yeni-bas-nazir-teyin-etdi-moskvadan-zeng-geldi-462426576.html
Tokayev yeni baş nazir təyin etdi: Moskvadan zəng gəldi
Tokayev yeni baş nazir təyin etdi: Moskvadan zəng gəldi
Sputnik Azərbaycan
Baş nazirlər qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəal işləməyə hazır olduqlarını təsdiqləyiblər. 06.02.2024, Sputnik Azərbaycan
2024-02-06T19:20+0400
2024-02-06T19:20+0400
2024-02-06T19:20+0400
kasım-jomart tokayev
dünya xəbərləri
mixail mişustin
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437882168_0:0:2646:1489_1920x0_80_0_0_381f867fe207858d4bcc61ea598426c9.jpg
BAKI, 6 fevral — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Administrasiyasının keçmiş rəhbəri Oljas Bektenovu Baş nazir təyin edib. Rusiyanın baş naziri Mixail Mişustin Qazaxıstan hökumətinin başçısı təyin edilən Oljas Bektenovla telefonla danışıb. Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Mişustin həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib. Baş nazirlər qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəal işləməyə hazır olduqlarını təsdiqləyiblər. "Söhbət zamanı hökumət başçıları Rusiya-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığının mütərəqqi inkişafının və Avrasiya İqtisadi İttifaqında inteqrasiya qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar" - məlumatda bildirilir. Bundan başqa, Tokayev Yerjan Sadenovu yenidən daxili işlər naziri təyin edib. Madi Takiyev isə ölkənin maliyyə naziri vəzifəsinə təyin olunub. Tokayev Aybek Dadebayevi Prezident Administrasiyasının rəhbəri təyin edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437882168_185:0:2646:1846_1920x0_80_0_0_e205be2e61defef99ae45d5c4c96370c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kasım-jomart tokayev, mixail mişustin, qazaxıstan
kasım-jomart tokayev, mixail mişustin, qazaxıstan
Tokayev yeni baş nazir təyin etdi: Moskvadan zəng gəldi
Baş nazirlər qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəal işləməyə hazır olduqlarını təsdiqləyiblər.
BAKI, 6 fevral — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Administrasiyasının keçmiş rəhbəri Oljas Bektenovu Baş nazir təyin edib.
Rusiyanın baş naziri Mixail Mişustin Qazaxıstan hökumətinin başçısı təyin edilən Oljas Bektenovla telefonla danışıb. Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Mişustin həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.
Baş nazirlər qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəal işləməyə hazır olduqlarını təsdiqləyiblər.
"Söhbət zamanı hökumət başçıları Rusiya-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığının mütərəqqi inkişafının və Avrasiya İqtisadi İttifaqında inteqrasiya qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar" - məlumatda bildirilir.
Bundan başqa, Tokayev Yerjan Sadenovu yenidən daxili işlər naziri təyin edib. Madi Takiyev isə ölkənin maliyyə naziri vəzifəsinə təyin olunub.
Tokayev Aybek Dadebayevi Prezident Administrasiyasının rəhbəri təyin edib.