https://sputnik.az/20240206/tibb-muessiseleri-prezident-seckileri-ile-bagli-guclendirilmis-is-rejimine-kecib-462429483.html
Tibb müəssisələri prezident seçkiləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Tibb müəssisələri prezident seçkiləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Sputnik Azərbaycan
Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək. 06.02.2024, Sputnik Azərbaycan
2024-02-06T18:10+0400
2024-02-06T18:10+0400
2024-02-07T09:50+0400
cəmiyyət
təbib
tibb
prezident seçkiləri
gücləndirilmiş iş rejimi
https://cdnn1.img.sputnik.az/img/42404/02/424040233_0:47:1961:1150_1920x0_80_0_0_290591b8df97dd3100057983685ab80a.jpg
BAKI, 6 fevral - Sputnik. Növbədənkənar prezidenti seçkiləri ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq edir.Bu barədə TƏBİB məlumat yayıb.Bildirilib ki, görülən tədbirlər çərçivəsində TƏBİB-in müvafiq tabeli tibb müəssisələri fevralın 5-dən gücləndirilmiş iş rejiminə keçib və bu, fevralın 8-dək davam edəcək.Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək.Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən-müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq.Yeni Klinika və Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbələrində zərurət yarandığı hallar üzrə tibbi yardım göstərilməsi məqsədilə boş çarpayıların ayrılması təmin olunub.Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Bundan əlavə, seçkiləri müşahidə etmək hüququnu almış xarici müşahidəçilər fasiləsiz tibbi xidmətlərlə təmin ediləcəklər.Xarici müşahidəçilərin yerləşdiyi “Boulevard Hotel” və “Hyatt Regency” hotellərində 5-8 fevral tarixlərində həkim məntəqəsi, “Radisson Hotel Baku” hotelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib. Təcrübəli, eyni zamanda xarici dil bilikləri olan tibbi heyət növbətçilik əsasında təhkim olunublar. Zəruri təchizat və təminat işləri yerinə yetirilib.Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42404/02/424040233_182:0:1778:1197_1920x0_80_0_0_cb12dfdc9b82751df842a6a2e4679093.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təbib, tibb, prezident seçkiləri, gücləndirilmiş iş rejimi
təbib, tibb, prezident seçkiləri, gücləndirilmiş iş rejimi
Tibb müəssisələri prezident seçkiləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
18:10 06.02.2024 (Yenilənib: 09:50 07.02.2024) Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək.
BAKI, 6 fevral - Sputnik. Növbədənkənar prezidenti seçkiləri ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq edir.
Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər çərçivəsində TƏBİB-in müvafiq tabeli tibb müəssisələri fevralın 5-dən gücləndirilmiş iş rejiminə keçib və bu, fevralın 8-dək davam edəcək.
Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək.
Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən-müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq.
Yeni Klinika və Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbələrində zərurət yarandığı hallar üzrə tibbi yardım göstərilməsi məqsədilə boş çarpayıların ayrılması təmin olunub.
Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bundan əlavə, seçkiləri müşahidə etmək hüququnu almış xarici müşahidəçilər fasiləsiz tibbi xidmətlərlə təmin ediləcəklər.
Xarici müşahidəçilərin yerləşdiyi “Boulevard Hotel” və “Hyatt Regency” hotellərində 5-8 fevral tarixlərində həkim məntəqəsi, “Radisson Hotel Baku” hotelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib. Təcrübəli, eyni zamanda xarici dil bilikləri olan tibbi heyət növbətçilik əsasında təhkim olunublar. Zəruri təchizat və təminat işləri yerinə yetirilib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.