https://sputnik.az/20240206/sergey-lebedev-seckilere-hazirliq-islerinin-pesekarliqla-aparilmasi-teqdirelayiqdir-462426948.html
Sergey Lebedev: Seçkilərə hazırlıq işlərinin peşəkarlıqla aparılması təqdirəlayiqdir
Sergey Lebedev: Seçkilərə hazırlıq işlərinin peşəkarlıqla aparılması təqdirəlayiqdir
Sputnik Azərbaycan
Nazir Ceyhun Bayramov sözügedən seçkilərin 30 ildən artıq müddətdən sonra işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçirilməsi ilə əlamətdar olduğunu... 06.02.2024, Sputnik Azərbaycan
2024-02-06T19:43+0400
2024-02-06T19:43+0400
2024-02-06T19:43+0400
sergey lebedev
cəmiyyət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
seçkilər
növbədənkənar seçkilər
https://cdnn1.img.sputnik.az/img/07e8/02/06/462425957_0:320:3072:2048_1920x0_80_0_0_66a6580b1b5bd9cb1f92bf18d8d78c9d.jpg
BAKI, 6 fevral — Sputnik. Fevralın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev ilə görüşüb. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə MDB çərçivəsində gündəlikdə duran aktual məsələlər, əməkdaşlıq perspektivləri, habelə növbədənkənar prezident seçkilərinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığı uğurla davam etdirdiyini bildirərək, Birliyə üzvlüyümüzün sosial, mədəni, humanitar sahələrdə münasibətlərin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı görülən işlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov sözügedən seçkilərin 30 ildən artıq müddətdən sonra işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. Seçkilərin təşkili ilə bağlı bütün hazırlıq işlərinin görüldüyü, eyni zamanda, beynəlxalq müşahidəçilərin, habelə xarici media nümayəndələrinin seçkiləri müşahidə etmələri üçün lazımi tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin ölkə xaricində yaşayan, habelə uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşlarımızın seçki hüquqlarını həyata keçirməsi məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti işlərin görüldüyünü, 37 ölkədə 49 seçki məntəqəsinin yaradıldığını bildirib. Baş katib Sergey Lebedev Azərbaycanda keçiriləcək seçkilərin müşahidəsində iştirakla bağlı dəvətə görə təşəkkürünü bildirib, hazırlıq işlərinin peşəkarlıqla aparılmasının təqdirəlayiq olduğunu deyib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/06/462425957_34:0:2765:2048_1920x0_80_0_0_9b4a46a584a5af2a499dd4ddabb81687.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lebedev, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, seçkilər, növbədənkənar seçkilər
sergey lebedev, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, seçkilər, növbədənkənar seçkilər
Sergey Lebedev: Seçkilərə hazırlıq işlərinin peşəkarlıqla aparılması təqdirəlayiqdir
Nazir Ceyhun Bayramov sözügedən seçkilərin 30 ildən artıq müddətdən sonra işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.
BAKI, 6 fevral — Sputnik. Fevralın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə MDB çərçivəsində gündəlikdə duran aktual məsələlər, əməkdaşlıq perspektivləri, habelə növbədənkənar prezident seçkilərinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığı uğurla davam etdirdiyini bildirərək, Birliyə üzvlüyümüzün sosial, mədəni, humanitar sahələrdə münasibətlərin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı görülən işlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov sözügedən seçkilərin 30 ildən artıq müddətdən sonra işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.
Seçkilərin təşkili ilə bağlı bütün hazırlıq işlərinin görüldüyü, eyni zamanda, beynəlxalq müşahidəçilərin, habelə xarici media nümayəndələrinin seçkiləri müşahidə etmələri üçün lazımi tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin ölkə xaricində yaşayan, habelə uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşlarımızın seçki hüquqlarını həyata keçirməsi məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti işlərin görüldüyünü, 37 ölkədə 49 seçki məntəqəsinin yaradıldığını bildirib.
Baş katib Sergey Lebedev Azərbaycanda keçiriləcək seçkilərin müşahidəsində iştirakla bağlı dəvətə görə təşəkkürünü bildirib, hazırlıq işlərinin peşəkarlıqla aparılmasının təqdirəlayiq olduğunu deyib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.