https://sputnik.az/20240206/prezident-seckileri-ile-elaqedar-6-524-203-secki-bulleteni-cap-olunacaq-462163479.html
MSK-da Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının nümayəndələrilə görüş olub
MSK-da Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının nümayəndələrilə görüş olub
Sputnik Azərbaycan
Viktor Seliverstov fevralın 7-də keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb. 06.02.2024, Sputnik Azərbaycan
2024-02-06T11:46+0400
2024-02-06T11:46+0400
2024-02-06T11:46+0400
seçki
azərbaycan xəbərləri
bülleten
https://cdnn1.img.sputnik.az/img/40716/42/407164257_0:0:962:541_1920x0_80_0_0_06ecbe811fa2f70a4d92434040fa51dc.jpg
BAKI, 6 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb. Sputnik Azərbaycan Secki-2024.az saytına istinadla xəbər verir ki, MSK sədri Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib və prezident seçkiləri ilə əlaqədar görülmüş işlər barədə qonaqlara geniş məlumat verib. O, seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını bildirib: "MSK beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verir". MSK sədri beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. Bildirib ki, dünyanın bir sıra nüfuzlu beynəlxalq media orqanları bu seçkilərdə iştirak etmək üçün müvafiq qaydada müraciət edib: "Onların seçki prosesini sərbəst izləməsi üçün bütün lazımi addımlar atılıb. ABŞ-dən "Associated Press", Yaponiyada "Kyodo News", "Nikkei", Almaniyadan "ZDF Televsiyası", İtaliyadan "La Repubblica", Türkiyədən "Anadolu Ajansı", "TRT", "İhlas Haber Ajansı", Rusiyadan "Rossiya 24", "RTR", "TASS", "İzvestiya" və s. kimi hətta adını sadalamadığım mühüm xəbər mərkəzləri prosesə qoşulacaq. Bütün bu sadaladığım faktlar beynəlxalq aləmin qarşıdan gələn seçkilərə olan marağını bir daha nümayiş etdirir". Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının büdcə, vergilər və maliyyə bazarı üzrə Komissiyasının sədri Viktor Seliverstov da öz növbəsində dəvətə görə təşəkkürünü ifadə edərək Azərbaycanda olmaqdan, seçkiləri müşahidə etməkdən məmnunluğunu ifadə edərək fevralın 7-də keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb.Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycandakı seçkiləri müşahidə edəcəkRusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycanda keçirilən prezident seçkilərində 88 ölkədən ekspertlər də daxil olmaqla 85 mindən çox müşahidəçi akkreditasiyadan keçib. Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.04.02.24, 10:55MDB PA müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayırBu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri fevralın 4-dən Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır."Report" xəbər verir ki, fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildir.Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər missiyasına Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək. Qrupun tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi Assambleyanın rəsmiləri də daxil olacaq.Fevralın 7-də MDB PA-dan olan beynəlxalq müşahidəçilər Bakıda və Azərbaycanın regionlarında seçki məntəqələrinə səfər edəcəklər. Xarici ölkələrdəki seçki məntəqələrində də monitorinqlər aparılacaq.Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.02.02.24Bütün səviyyələrdəki seçki komissiyaları Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri tədbirləri görür: hər şey ölkə qanunvericiliyinə ciddi şəkildə uyğun təşkil olunub. Bu barədə MDB müşahidəçilər missiyasının seçkilərə hazırlıqla bağlı monitorinqinin nəticələrinə dair aralıq hesabatında bildirilib. Seçki kampaniyasının monitorinqi çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər ölkə ərazilərində olub, dairə və məntəqə seçki komissiyalarının işi ilə yaxından tanış olublar. Buraya Abşeron, Ağsu, Goranboy, Qobustan, Quba, Qusar, Cəlilabad, Yevlax, İmişli, İsmayıllı, Lənkəran, Masallı, Sabirabad, Salyan, Siyəzən, Ucar, Xaçmaz, Şabran, Şamaxı rayonları, Naxçıvan MR, Bakı, Gəncə, Yevlax, Lənkəran, Şirvan şəhərləri daxildir. MDB Missiyasının nümayəndələri hesabatda qeyd ediblər ki, komissiyalar səsvermənin təşkili üçün zəruri olan rabitə vasitələri, ofis avadanlığı və s. ilə təmin olunub. Hesabatda vurğulanıb ki, müşahidə missiyası seçki prosesinə və dövlətin daxili işlərinə qarışmadan Azərbaycan qanunvericiliyini, Birlik çərçivəsində qəbul edilmiş sənədləri rəhbər tutmaqla öz funksiyalarını sərbəst və müstəqil şəkildə həyata keçirir. MDB-dən olan müşahidəçilər seçkilərə hazırlığın monitorinqi çərçivəsində Mərkəzi Seçki Komissiyası və Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə seçki kampaniyasının gedişini müzakirə ediblər. Prezidentliyə namizədlərin təşviqat qərargahının nümayəndələri ilə görüşlər keçirilib. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.29.01.24, 10:21Prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi akkreditasiyadan keçibBu günə qədər növbədənkənar prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi akkreditasiyadan keçib. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 6300-dən çox məntəqə var və hər məntəqəyə 15-ə yaxın müşahidəçi düşür. Azərbaycanda prezident seçkiləri fevralın 7-nə təyin edilib. Respublikanın rəhbəri postu uğrunda hazırkı dövlət başçısı İlham Əliyev də daxil olmaqla 7 namizəd mübarizə aparır. Onlardan beşinin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, ikisi isə özünün namizədliyidir. Azərbaycan Prezidenti yeddi il müddətinə seçilir, müddətlərin sayında heç bir məhdudiyyət yoxdur. Azərbaycanda sonuncu prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.26.01.24, 10:24Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 6045 nəfərə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub.Sputnik Azərbaycan secki-2024.az saytına istinadən xəbər verir ki, seçki günü müşahidə aparacaq QHT-lərin sayı da 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə artıb.Belə ki, hazırda prezident seçkilərini izləmək üçün 78 QHT-nin müşahidəçisi qeydiyyatdan keçib.Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.24.01.24, 22:21Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteni çap olunacaqFevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteninin çap edilməsi nəzərdə tutulur. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunub:Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40716/42/407164257_86:0:807:541_1920x0_80_0_0_3b3b0d823f65807a70ada36b8d0393fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçki, bülleten
MSK-da Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının nümayəndələrilə görüş olub
Viktor Seliverstov fevralın 7-də keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb.
BAKI, 6 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb.
Sputnik Azərbaycan Secki-2024.az saytına istinadla xəbər verir ki, MSK sədri Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib və prezident seçkiləri ilə əlaqədar görülmüş işlər barədə qonaqlara geniş məlumat verib. O, seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını bildirib:
"MSK beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verir".
MSK sədri beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. Bildirib ki, dünyanın bir sıra nüfuzlu beynəlxalq media orqanları bu seçkilərdə iştirak etmək üçün müvafiq qaydada müraciət edib:
"Onların seçki prosesini sərbəst izləməsi üçün bütün lazımi addımlar atılıb. ABŞ-dən "Associated Press", Yaponiyada "Kyodo News", "Nikkei", Almaniyadan "ZDF Televsiyası", İtaliyadan "La Repubblica", Türkiyədən "Anadolu Ajansı", "TRT", "İhlas Haber Ajansı", Rusiyadan "Rossiya 24", "RTR", "TASS", "İzvestiya" və s. kimi hətta adını sadalamadığım mühüm xəbər mərkəzləri prosesə qoşulacaq. Bütün bu sadaladığım faktlar beynəlxalq aləmin qarşıdan gələn seçkilərə olan marağını bir daha nümayiş etdirir".
Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının büdcə, vergilər və maliyyə bazarı üzrə Komissiyasının sədri Viktor Seliverstov da öz növbəsində dəvətə görə təşəkkürünü ifadə edərək Azərbaycanda olmaqdan, seçkiləri müşahidə etməkdən məmnunluğunu ifadə edərək fevralın 7-də keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb.
Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycandakı seçkiləri müşahidə edəcək
Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanda keçirilən prezident seçkilərində 88 ölkədən ekspertlər də daxil olmaqla 85 mindən çox müşahidəçi akkreditasiyadan keçib.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
MDB PA müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır
Bu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri fevralın 4-dən Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır.
"Report" xəbər verir ki, fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildir.
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər missiyasına Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək. Qrupun tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi Assambleyanın rəsmiləri də daxil olacaq.
Fevralın 7-də MDB PA-dan olan beynəlxalq müşahidəçilər Bakıda və Azərbaycanın regionlarında seçki məntəqələrinə səfər edəcəklər. Xarici ölkələrdəki seçki məntəqələrində də monitorinqlər aparılacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
Bütün səviyyələrdəki seçki komissiyaları Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri tədbirləri görür: hər şey ölkə qanunvericiliyinə ciddi şəkildə uyğun təşkil olunub.
Bu barədə MDB müşahidəçilər missiyasının seçkilərə hazırlıqla bağlı monitorinqinin nəticələrinə dair aralıq hesabatında bildirilib.
Seçki kampaniyasının monitorinqi çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər ölkə ərazilərində olub, dairə və məntəqə seçki komissiyalarının işi ilə yaxından tanış olublar. Buraya Abşeron, Ağsu, Goranboy, Qobustan, Quba, Qusar, Cəlilabad, Yevlax, İmişli, İsmayıllı, Lənkəran, Masallı, Sabirabad, Salyan, Siyəzən, Ucar, Xaçmaz, Şabran, Şamaxı rayonları, Naxçıvan MR, Bakı, Gəncə, Yevlax, Lənkəran, Şirvan şəhərləri daxildir.
MDB Missiyasının nümayəndələri hesabatda qeyd ediblər ki, komissiyalar səsvermənin təşkili üçün zəruri olan rabitə vasitələri, ofis avadanlığı və s. ilə təmin olunub.
Hesabatda vurğulanıb ki, müşahidə missiyası seçki prosesinə və dövlətin daxili işlərinə qarışmadan Azərbaycan qanunvericiliyini, Birlik çərçivəsində qəbul edilmiş sənədləri rəhbər tutmaqla öz funksiyalarını sərbəst və müstəqil şəkildə həyata keçirir.
MDB-dən olan müşahidəçilər seçkilərə hazırlığın monitorinqi çərçivəsində Mərkəzi Seçki Komissiyası və Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə seçki kampaniyasının gedişini müzakirə ediblər. Prezidentliyə namizədlərin təşviqat qərargahının nümayəndələri ilə görüşlər keçirilib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
Prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi akkreditasiyadan keçib
Bu günə qədər növbədənkənar prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi akkreditasiyadan keçib. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 6300-dən çox məntəqə var və hər məntəqəyə 15-ə yaxın müşahidəçi düşür.
Azərbaycanda prezident seçkiləri fevralın 7-nə təyin edilib. Respublikanın rəhbəri postu uğrunda hazırkı dövlət başçısı İlham Əliyev də daxil olmaqla 7 namizəd mübarizə aparır. Onlardan beşinin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, ikisi isə özünün namizədliyidir.
Azərbaycan Prezidenti yeddi il müddətinə seçilir, müddətlərin sayında heç bir məhdudiyyət yoxdur. Azərbaycanda sonuncu prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 6045 nəfərə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub.
Sputnik Azərbaycan secki-2024.az saytına istinadən xəbər verir ki, seçki günü müşahidə aparacaq QHT-lərin sayı da 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə artıb.
Belə ki, hazırda prezident seçkilərini izləmək üçün 78 QHT-nin müşahidəçisi qeydiyyatdan keçib.
Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
Prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteni çap olunacaq
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteninin çap edilməsi nəzərdə tutulur. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunub:
"Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək".
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1.
Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3.
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4.
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5.
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
7.
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.