https://sputnik.az/20240206/prezident-seckileri-ile-bagli-metbuat-surasinda-qaynar-xett-fealiyyet-gosterecek-462415371.html
Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək
Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək
Sputnik Azərbaycan
Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək fəaliyyət göstərəcək. 06.02.2024, Sputnik Azərbaycan
2024-02-06T13:16+0400
2024-02-06T13:16+0400
2024-02-06T13:41+0400
azərbaycan xəbərləri
seçkilər
prezident seçkiləri
mətbuat şurası
qaynar xətt
https://cdnn1.img.sputnik.az/img/07e8/02/05/462404729_0:100:1920:1180_1920x0_80_0_0_0bca00db895edaa9167dae1d096dbef7.jpg
BAKI, 6 fevral — Sputnik. Fevralın 7-də keçiriləcək Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək. Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək fəaliyyət göstərəcək. Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər. Bundan başqa, Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər. Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin Prezident seçkilərinin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək. Xatırladaq ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Həmin namizədlər aşağıdakılardır: - Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; - Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; - Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; - Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; - Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; - Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/05/462404729_107:0:1814:1280_1920x0_80_0_0_c01e87aa64982efddff551533d9b1cda.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçkilər, prezident seçkiləri, mətbuat şurası, qaynar xətt
seçkilər, prezident seçkiləri, mətbuat şurası, qaynar xətt
Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək
13:16 06.02.2024 (Yenilənib: 13:41 06.02.2024) Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək fəaliyyət göstərəcək.
BAKI, 6 fevral — Sputnik. Fevralın 7-də keçiriləcək Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək.
Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək fəaliyyət göstərəcək.
Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər.
Bundan başqa, Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər.
Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin Prezident seçkilərinin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.
Xatırladaq ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Həmin namizədlər aşağıdakılardır:
- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.