DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistanda deputatlığa namizəd silahlı hücuma məruz qalıb

© AFP 2024 / AAMIR QURESHIPakistanda polis, arxiv
Pakistanda polis, arxiv  - Sputnik Azərbaycan, 1920, 06.02.2024
Abunə olmaq
Pakistanda Milli Assambleyaya fevralın 8-nə təyin edilən seçkilər ərəfəsində gərginlik və zorakılıq halları artıb.
BAKI, 6 fevral — Sputnik. Pakistan Xalq Partiyasının Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) namizədi Seyid Zülfüqar Əli Şah silahlı hücuma məruz qalıb.
"The Express Tribune" nəşri məlumat verib ki, bir qrup silahlı şəxs Sind əyalətinin Mirpur-Xas şəhərində Seyid Zülfüqar Əli Şaha hücum edib. Güllə yarası alan siyasətçi xəstəxanaya aparılıb.
Bundan öncə isə Bəlucistan əyalətinin Xub şəhərində Pakistan Xalq Partiyasının namizədi Mir Əli Həsən Zehrinin seçki qərargahında partlayış törədilmişdi.
Pakistanda Milli Assambleyaya fevralın 8-nə təyin edilən seçkilər ərəfəsində gərginlik və zorakılıq halları artıb. Fevralın 5-də ölkənin şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 10 əməkdaşı həlak olub. Yanvarın 31-də Hayber-Paxtunxva əyalətində müstəqil namizəd Rehan Zeb Xan güllələnib. Yanvarın 30-da Pakistan Xalq Partiyasının iki nümayəndəsi hücuma məruz qalıb. Həmin gün Bəlucistan əyalətində "Ədalət Uğrunda Hərəkat" partiyasının mitinqində baş verən partlayışda 4 nəfər ölüb.
Qeyd edək ki, fevralın 8-də Pakistanda Milli Assambleyaya və əyalət qanunvericilik orqanlarına seçkilər keçiriləcək. Seçkilərdə Pakistan Müsəlman Liqası (Nəvaz Şərifin fraksiyası) və Pakistan Xalq Partiyası ən perspektivli siyasi qüvvələr sayılır. Eyni zamanda, həbs cəzasına məhkum edilən sabiq Baş nazir İmran Xanın "Ədalət Uğrunda Hərəkat" partiyası daxili seçkilər keçirmədiyi üçün hələlik namizədlərini irəli sürə bilmir.
Xəbər lenti
0