https://sputnik.az/20240206/herbi-xidmetden-yayinma-ile-bagli-saxta-arayislar-hazirlayan-sexs-ifsa-edilib-462421115.html
Hərbi xidmətdən yayınma ilə bağlı saxta arayışlar hazırlayan şəxs ifşa edilib
Hərbi xidmətdən yayınma ilə bağlı saxta arayışlar hazırlayan şəxs ifşa edilib
Sputnik Azərbaycan
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. 06.02.2024, Sputnik Azərbaycan
2024-02-06T18:30+0400
2024-02-06T18:30+0400
2024-02-06T18:30+0400
hərbi xidmət
hərbi
saxta
saxta sənəd
arayış
müddətli həqiqi hərbi xidmət
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:370:2785:1936_1920x0_80_0_0_97314edfde9428e45121d9a6346ac8e4.jpg
BAKI, 6 fevral — Sputnik. Qanunsuz hərbi xidmətdən yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı Xəlilov Fuad Elçin oğlu tərəfindən 2023-cü ildə müddətli hərbi xidmət keçməkdən yayınmalarına köməklik göstərilməsi məqsədilə 2 nəfər Qəbələ rayon sakininin guya Türkiyə Respublikasının Sakarya Universitetində təhsil almalarına dair saxta sənədlər hazırlaması və bunun müqabilində həmin şəxslərin valideynlərindən müxtəlif vaxtlarda ümumilikdə 6300 manat pul almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 320.1-ci (rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib. Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168662_0:0:2581:1936_1920x0_80_0_0_c06a66e4919605540215642e6883a3f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbi xidmət, saxta, saxta sənəd, arayış, müddətli həqiqi hərbi xidmət
hərbi xidmət, saxta, saxta sənəd, arayış, müddətli həqiqi hərbi xidmət
Hərbi xidmətdən yayınma ilə bağlı saxta arayışlar hazırlayan şəxs ifşa edilib
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.
BAKI, 6 fevral — Sputnik. Qanunsuz hərbi xidmətdən yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı Xəlilov Fuad Elçin oğlu tərəfindən 2023-cü ildə müddətli hərbi xidmət keçməkdən yayınmalarına köməklik göstərilməsi məqsədilə 2 nəfər Qəbələ rayon sakininin guya Türkiyə Respublikasının Sakarya Universitetində təhsil almalarına dair saxta sənədlər hazırlaması və bunun müqabilində həmin şəxslərin valideynlərindən müxtəlif vaxtlarda ümumilikdə 6300 manat pul almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 320.1-ci (rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.