DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden 1996-cı ildə vəfat edən Fransa prezidenti ilə bu yaxınlarda görüşdüyünü deyib

© AP Photo / Carolyn KasterCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.02.2024
Abunə olmaq
Ehtimallara görə, prezident Fransanın hazırkı lideri Emmanuel Makronu nəzərdə tutub, lakin səhv danışıb.
BAKI, 6 fevral — Sputnik. ABŞ Prezidenti Co Bayden Las-Veqasda seçicilərlə görüşündə çıxış edib. Orada o, Fransanın mərhum prezidenti Fransua Mitteranla bu yaxınlarda əlaqə saxladığını söyləyib.
"Fox News" bu barədə xəbər verib. Müvafiq video internetdə yayılıb.
Amerika lideri çıxışı zamanı Böyük Britaniyada keçirilən G7 sammiti çərçivəsində keçirilən görüşlərdən danışıb.
"Mən oturdum və dedim ki, "Amerika qayıtdı". Almaniyadan olan Mitteran isə - mən Fransadan olanı nəzərdə tuturam - mənə baxıb soruşdu: "Yaxşı, o, nə qədər müddətə qayıdıb?" - Bayden belə söyləyib.
Eyni zamanda, nəşr Baydenin bu yaxınlarda görüşdüyünü iddia etdiyi fransalı siyasətçinin, təxminən 30 il əvvəl dünyasını dəyişdiyini qeyd edib. Ehtimallara görə, prezident Fransanın hazırkı lideri Emmanuel Makronu nəzərdə tutub, lakin səhv danışıb.
Bu cür hadisələr Baydenin başına tez-tez baş gəlir. Belə ki, o, bu yaxınlarda Donald Trampı səhvən ABŞ-ın hazırkı lideri adlandırıb.
Xəbər lenti
0