https://sputnik.az/20240206/bas-nazir-sahibkarlara-elave-destekle-bagli-qerar-imzalayib-462416707.html
Baş nazir sahibkarlara əlavə dəstəklə bağlı qərar imzalayıb
Baş nazir sahibkarlara əlavə dəstəklə bağlı qərar imzalayıb
Sputnik Azərbaycan
Məqsəd mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək... 06.02.2024, Sputnik Azərbaycan
2024-02-06T15:30+0400
2024-02-06T15:30+0400
2024-02-06T15:41+0400
sahibkar
iqtisadiyyat
əli əsədov
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621680_0:120:3214:1928_1920x0_80_0_0_8d642e5f712febb865043e35e50ce5bc.jpg
BAKI, 6 fevral — Sputnik. Nazirlər Kabineti "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı"nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi təmin edilir: 1. Sənaye 2. Kənd təsərrüfatı 3. İnformasiya və rabitə 4. Turizm 5. Tikinti 6. Nəqliyyat 7. Ticarət. İqtisadiyyat Nazirliyi qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Xatırladaq ki, meyarlara əsasən, mikro sahibkar işçilərin sayı 10-dək, illik gəliri 200 min manatədək olan, kiçik sahibkar işçilərin sayı 11-50, illik gəliri 3 milyon manatədək, orta sahibkar isə işçilərinin sayı 51-250, illik gəliri 3-30 milyon manat olan sahibkarlardır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621680_242:0:2973:2048_1920x0_80_0_0_16ba046b241ff02b1c21da55d676f7da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sahibkar, əli əsədov
Baş nazir sahibkarlara əlavə dəstəklə bağlı qərar imzalayıb
15:30 06.02.2024 (Yenilənib: 15:41 06.02.2024) Məqsəd mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılmasıdır.
BAKI, 6 fevral — Sputnik. Nazirlər Kabineti "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı"nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi təmin edilir:
İqtisadiyyat Nazirliyi qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Xatırladaq ki, meyarlara əsasən, mikro sahibkar işçilərin sayı 10-dək, illik gəliri 200 min manatədək olan, kiçik sahibkar işçilərin sayı 11-50, illik gəliri 3 milyon manatədək, orta sahibkar isə işçilərinin sayı 51-250, illik gəliri 3-30 milyon manat olan sahibkarlardır.