Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

ŞƏT-in Baş katibi Bakıya gəlib

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidŞƏT-in Baş katibi Çjan Min
ŞƏT-in Baş katibi Çjan Min - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Abunə olmaq
Növbədənkənar prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gəlib.
BAKI, 5 fevral — Sputnik. Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gəlib.
Müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edir.
Qeyd edək ki, ŞƏT-ə dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.
ŞƏT-in üzvləri Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. 2015-ci ildən təşkilatda müşahidəçi statusuna malik olan Belarus üçün qəbul proseduru 2022-ci ildə Səmərqənddə başlayıb. Ehtimal olunur ki, üzvlük prosesi 2024-cü ildə Astanada keçirilməsi planlaşdırılan növbəti ŞƏT sammitinə qədər yekunlaşacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0