DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib

© Sputnik / Murad OrujovSənəd, arxiv
Sənəd, arxiv - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Abunə olmaq
Ölkə hökumətinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
BAKI, 5 fevral — Sputnik. Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib. Bu barədə "Kazinform" məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.
Baş nazir vəzifəsini müvəqqəti olaraq Roman Sklyar icra edəcək.
Qazaxıstan hökumətinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
Hökumətin istefaya göndərilməsinin səbəbi açıqlanmayıb.
Xatırladaq ki, Qazaxıstanın Baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0