https://sputnik.az/20240205/prezident-seckilerinde-1900-cu-il-tevelludlu-qadin-ses-verecek---foto-462394510.html
Prezident seçkilərində 1900-cü il təvəllüdlü qadın səs verəcək - FOTO
Prezident seçkilərində 1900-cü il təvəllüdlü qadın səs verəcək - FOTO
Sputnik Azərbaycan
Ölkəmizdə növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək 05.02.2024, Sputnik Azərbaycan
2024-02-05T22:57+0400
2024-02-05T22:57+0400
2024-02-05T22:57+0400
seçkilər
cəmiyyət
qadın
ağdaş
yaşlı
seçici
https://cdnn1.img.sputnik.az/img/41481/71/414817121_0:0:2000:1125_1920x0_80_0_0_ad964e3daae1cc3d259065e089eb47f6.jpg
BAKI, 5 fevral — Sputnik. 2024-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində ən yaşlı seçici Ağdaş rayonunun 124 yaşlı sakini Bari Nəbiyeva olub. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib. "O, 1900-cü ildə anadan olub və Ağdaş rayonunun 93 saylı seçki dairəsindən səs verəcək. Hazırda Nəbiyeva oğlu ilə Qapıtlı kəndində yaşayır" - MSK-dan bildirilib. RİA Novosti-nin müxbiri 124 yaşlı seçicinin oğlu, həm də 100 yaşı tamam olan Fərman Nəbiyevlə söhbət edə bilib. Onun sözlərinə görə, Nəbiyevanın 8 övladı, 30 nəvəsi və 70-dən çox nəticəsi var. Yaşlı seçicinin oğlu nəticələrinin sayını dəqiq xatırlaya bilməyib. Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək. MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı dövlət başçısı İlham Əliyevin, öz namizədliyini irəli sürmüş namizədlər Zahid Orucun və Fuad Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin, Böyük Quruluş Partiyasından Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasıdan Elşad Musayevin və Bütöv Azərbaycan Xalq Cəbhəsindən Qüdrət Həsənquliyevin namizədliyini qeydə alıb. Azərbaycan prezidenti 7 il müddətinə seçilir. Ölkədə sonuncu dəfə prezident seçkiləri 2018-ci ilin yazında keçirilib, növbəti seçkilər 2025-ci ilsə keçirilməsi planlaşdırılırdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41481/71/414817121_18:0:1791:1330_1920x0_80_0_0_dfb87a5955acbb988eaedbc4450a5aa7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçkilər, qadın, ağdaş, yaşlı, seçici
seçkilər, qadın, ağdaş, yaşlı, seçici
Prezident seçkilərində 1900-cü il təvəllüdlü qadın səs verəcək - FOTO
Ölkəmizdə növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək
BAKI, 5 fevral — Sputnik. 2024-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində ən yaşlı seçici Ağdaş rayonunun 124 yaşlı sakini Bari Nəbiyeva olub.
Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən RİA Novosti-yə məlumat verilib.
"O, 1900-cü ildə anadan olub və Ağdaş rayonunun 93 saylı seçki dairəsindən səs verəcək. Hazırda Nəbiyeva oğlu ilə Qapıtlı kəndində yaşayır" - MSK-dan bildirilib.
RİA Novosti-nin müxbiri 124 yaşlı seçicinin oğlu, həm də 100 yaşı tamam olan Fərman Nəbiyevlə söhbət edə bilib. Onun sözlərinə görə, Nəbiyevanın 8 övladı, 30 nəvəsi və 70-dən çox nəticəsi var. Yaşlı seçicinin oğlu nəticələrinin sayını dəqiq xatırlaya bilməyib.
Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-də keçiriləcək. MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı dövlət başçısı İlham Əliyevin, öz namizədliyini irəli sürmüş namizədlər Zahid Orucun və Fuad Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin, Böyük Quruluş Partiyasından Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasıdan Elşad Musayevin və Bütöv Azərbaycan Xalq Cəbhəsindən Qüdrət Həsənquliyevin namizədliyini qeydə alıb.
Azərbaycan prezidenti 7 il müddətinə seçilir. Ölkədə sonuncu dəfə prezident seçkiləri 2018-ci ilin yazında keçirilib, növbəti seçkilər 2025-ci ilsə keçirilməsi planlaşdırılırdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.