DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistanda yaraqlıların hücumu nəticəsində azı 10 polis ölüb

© AFP 2023 / AAMIR QURESHIPakistanda polis avtomobilləri
Pakistanda polis avtomobilləri - Sputnik Azərbaycan, 1920, 05.02.2024
Abunə olmaq
Fevralın 8-nə təyin edilmiş Milli Assambleyaya (parlamentin aşağı palatası) və əyalət qanunvericilik orqanlarına seçkilər ərəfəsində gərginliyin artması ilə Pakistanda zorakılıq halları çoxalıb.
BAKI, 5 fevral — Sputnik. Pakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 nəfər ölüb.
Bu barədə "Hindustan Times" qəzeti polisə istinadən məlumat yayıb.
Məlumata görə, 6 nəfər yaralanıb. Əyalət polis rəisi bildirib ki, 30-dan çox yaraqlı üç istiqamətdən hücum edib və atışma 2,5 saat davam edib.
Qeyd edək ki, fevralın 8-nə təyin edilmiş Milli Assambleyaya (parlamentin aşağı palatası) və əyalət qanunvericilik orqanlarına seçkilər ərəfəsində gərginliyin artması ilə Pakistanda zorakılıq halları çoxalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0