Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Ötən il Azərbaycan neftinin ixrac olunduğu ilk 5 ölkə

Abunə olmaq
2023-cü ildə Azərbaycandan neft və kondensat ixracı 25,2 milyon ton təşkil edib. Azərbaycan neftinin ilk 5 alıcı ölkəsi haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
BAKI, 5 fevral — Sputnik. Azərbaycanda 2023-cü ildə neft və qaz kondensatı hasilatı 7,4% azalaraq 30,2 milyon ton təşkil edib. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 17,8 milyon ton neft hasil edilib ki, bu da 2022-ci illə müqayisədə 12,7% azdır. Ötən il AÇG-də hasilat Azərbaycanda ümumi neft hasilatının 58,9%-ni təşkil edib.
Bundan əlavə, 2023-cü ildə "Şahdəniz" yatağından 4,3 milyon ton qaz kondensatı hasil edilib ki, bu da bir il əvvəlkindən 2,3% azdır.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, ötən il ölkədən neft və kondensat ixracı 4%-dən çox azalaraq 25,2 milyon ton təşkil edib.
Ötən il Azərbaycan neftinin idxalçı ölkələri arasında İtaliya lider olub və burada 11,1 milyon ton neft tədarük edilib. Bundan sonra İsrailə 2,2 milyon ton, Hindistana 2 milyon ton, Almaniyaya isə 1,3 milyon ton Azərbaycan nefti ixrac edilib.
Azərbaycandan 1,2 milyon ton neft idxal etməklə İspaniya ötən il Azərbaycan neftinin ilk 5 idxalçısı sırasına daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0