MDB-nin Baş katibi: Seçkiyə hazırlıq Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilir
© Sputnik / Валерий МельниковSergey Lebedev
© Sputnik / Валерий Мельников
Abunə olmaq
Qeyd edilib ki, MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası yanvarın 17-dən ölkədə fəaliyyət göstərir.
BAKI, 5 fevral — Sputnik. Azərbaycanda prezident seçkilərinə dəvət Müstəqil Dövlətlər Birliyinə (MDB) bir təşkilat kimi etimadın göstəricisidir.
Bu barədə jurnalistlərə açıqlamasında MDB-nin Baş katibi Sergey Lebedev deyib.
Onun sözlərinə görə, ötən həftə prezident seçkilərinə hazırlıqla bağlı aparılan müşahidələr göstərir ki, hər şey planlı, sakit, mütəşəkkil və ən əsası Azərbaycan qanunvericiliyinə uyğun gedir.
Qeyd edilib ki, MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyası yanvarın 17-dən ölkədə fəaliyyət göstərir. Missiya Azərbaycan Mərkəzi Seçki Komissiyası, Xarici İşlər Nazirliyi, eləcə də seçkilərin təşkilinə cavabdeh olan digər strukturlarla sıx əlaqədədir.
"Seçkilərə dəvətə görə çox minnətdarıq. Bu dəvət bizə olan etimaddan xəbər verir. Təbii ki, bu etimadı doğrultmaq istəyirik. Bundan başqa, etiraf etməliyəm ki, bu, böyük məsuliyyətdir, çünki bizdən seçkilərə obyektiv qiymət verilməsi gözlənilir. Bizim ümumi məqsədimiz var: seçkilər elə təşkil olunsun ki, seçicilər - Azərbaycan vətəndaşları öz iradələrini sərbəst ifadə etmək hüququna malik olsunlar", S.Lebedev vurğulayıb.
Qeyd edək ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Həmin namizədlər aşağıdakılardır:
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.