https://sputnik.az/20240205/elillerin-reabilitasiya-vasiteleri-novlerinin-sayi-57-den-81-e-catdirilacaq-462395660.html
Əlillərin reabilitasiya vasitələri növlərinin sayı 57-dən 81-ə çatdırılacaq
Əlillərin reabilitasiya vasitələri növlərinin sayı 57-dən 81-ə çatdırılacaq
Sputnik Azərbaycan
Siyahıya əlavə olunması təklif edilən növlərin sırasına gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), tutacaq (kiçik əşyaları götürmək üçün), yıxılma... 05.02.2024, Sputnik Azərbaycan
2024-02-05T20:04+0400
2024-02-05T20:04+0400
2024-02-05T20:04+0400
əlil
cəmiyyət
reabilitasiya
nazirlik
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427123748_0:0:3161:1779_1920x0_80_0_0_927656e5a446bca40fcd27dcbc506925.jpg
BAKI, 5 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində nazirlik tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı"nda və "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"nda dəyişiklik edilməsinə dair təkliflər hazırlanıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təkliflərdə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına əlavə edilməklə və ÜST-nin təsnifatına uyğun qruplaşdırma aparılmaqla siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur. Xatırladaq ki, bundan əvvəl, 2020-ci ildə nazirliyin təklifləri əsasında həmin siyahıya 23 reabilitasiya növü də daxil edilərək siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427123748_0:0:2731:2048_1920x0_80_0_0_25d74f483be0b80b164c47918b580a62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əlil, reabilitasiya, nazirlik
əlil, reabilitasiya, nazirlik
Əlillərin reabilitasiya vasitələri növlərinin sayı 57-dən 81-ə çatdırılacaq
Siyahıya əlavə olunması təklif edilən növlərin sırasına gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), tutacaq (kiçik əşyaları götürmək üçün), yıxılma detektorları, daşına bilən panduslar, sanitar qovşaq və hamam otaqları üçün tutacaqlar və s. daxildir.
BAKI, 5 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində nazirlik tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı"nda və "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"nda dəyişiklik edilməsinə dair təkliflər hazırlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təkliflərdə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına əlavə edilməklə və ÜST-nin təsnifatına uyğun qruplaşdırma aparılmaqla siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur.
Siyahıya əlavə olunması təklif edilən növlərin sırasına gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), tutacaq (kiçik əşyaları götürmək üçün), yıxılma detektorları, daşına bilən panduslar, sanitar qovşaq və hamam otaqları üçün tutacaqlar, hopdurucu bez və mələfə, ayaq əyriliyi breketləri, fərdi həyəcan siqnalizasiya sistemləri, Brayl əlifbası ilə yazılmış saat, Brayl sistemi ilə yazı üçün cihaz və s. daxildir.
Xatırladaq ki, bundan əvvəl, 2020-ci ildə nazirliyin təklifləri əsasında həmin siyahıya 23 reabilitasiya növü də daxil edilərək siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.