https://sputnik.az/20240205/elektron-siqaret-xeberdarligi---usaqlar-toksiki-tesire-meruz-qalir---video-462314495.html
Elektron siqaret xəbərdarlığı - Uşaqlar toksiki təsirə məruz qalır - Video
Elektron siqaret xəbərdarlığı - Uşaqlar toksiki təsirə məruz qalır - Video
Sputnik Azərbaycan
Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin və digər nikotin çatdırılma sistemlərinin satışını məhdudlaşdırmağı tövsiyə edir. 05.02.2024, Sputnik Azərbaycan
2024-02-05T09:26+0400
2024-02-05T09:26+0400
2024-02-05T09:26+0400
elektron
cəmiyyət
siqaret
siqaret çəkmək
elektron siqaret
elektron siqaret çəkmək
tütün məhsulları
https://cdnn1.img.sputnik.az/img/07e8/01/1e/462273963_0:120:1280:840_1920x0_80_0_0_28e25707fa0663b005d2fad131942f98.jpg
BAKI, 5 fevral - Sputnik. "Elektron siqaretlərin kartricləri ilə əlaqədar təhlükəli məlumatlar var. Bəzi uşaqlar bilmədən onu udaraq toksik təsirə məruz qalırlar". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirib. O, bildirib ki, elektron siqaret istənilən halda tütünçəkməni dəstəkləyir, üstəlik onun tərkibindəki kimyəvi maddələr bəzi xəstəliklərin yaranmasına da zəmin yaradır. "Aparılan tədqiqatlar göstərir ki, bəzi elektron siqaretlərin tüstüsündə toksik maddələrin səviyyəsi hətta siqaret qədər olur, çünki onun tərkibində kanserogen maddələr var. Həmin zərərli maddələrin hüceyrədaxili təsiri ola bilər və onlar da xərçəng xəstəliyinə səbəb olan amilləri gücləndirə bilər. Həmçinin, eyni elektron siqaretdən şərikli istifadə, yəni bölüşdürülərək və ya növbə ilə çəkilməsi infeksiya mənbəyi rolu oynayır, o cümlədən vərəmin yayılmasına səbəb olur. Elektron siqaretlərin kartricləri ilə əlaqədar da təhlükəli məlumatlar var. Bəzi uşaqlar bilmədən onu udaraq toksik təsirə məruz qalırlar" - Tofiq Musayev bildirib. Qeyd edək ki, Britaniya hökuməti ölkədə birdəfəlik istifadə üçün nəzərdə tutulan elektron siqaretlərin satışını qadağan edən qanun layihəsini parlamentə təqdim edəcək. Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin bəyanatında deyilir. Bildirilir ki, qadağanın Britaniyada iki il ərzində birdəfəlik elektron siqaretdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən doqquz dəfə artması fonunda tətbiq olunması istənilir. Qanun layihəsi, həmçinin elektron siqaret mayelərində olan dadın məhdudlaşdırılması və yeniyetmələri cəlb etməsin deyə elektron siqaretlərin mağazalarda reklamının qarşısını almağı nəzərdə tutub. Azərbaycanda isə elektron siqaretlə bağlı sorğu keçiriləcək. Tofiq Musayev bildirib ki, elekton siqaretlərin yayılması son illər müşahidə edilən bir tendensiyadır: "Ölkəmizdə hazırda bu istiqaməti də əhatə edən sorğunun aparılması nəzərdə tutulur. Gənclər arasında tütündən istifadə halları ilə bağlı planlaşdırılan sorğuda elektron siqaretlərdən istifadə və s.kimi suallar da yer alacaq". İSİM səlahiyyətlisinin sözlərinə görə, elektron siqaret – tərkibində nikotin və aromatizatorlar olan buxar əmələ gətirən bir cihazdır. Elektron siqaret buxarının tərkibində tütün tüstüsündə olan təhlükəli kimyəvi maddələr var. Elektron siqaretin buxarı kiçik hissəciklərdən ibarətdir. O, tənəffüs yollarına dərindən nüfüz edir və ona dağıdıcı təsir göstərir, ürək və ağciyər xəstəlikləri riskini artırır, həmçinin ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur. "Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başladıqdan sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir. Tütünçəkmə kimi zərərli vərdişdən qurtulmaq istəyən insan elektron siqaret əvəzinə, sağlam davranış variantlarını seçməlidir. Məsələn, idmanla məşğul ola və ya meditasiya edə bilər. Əsas məsələ – insanın fərdi motivasiyası olmalı və zərərli vərdişə "yox" deməyi bacarmalıdır" - Tofiq Musayev əlavə edib. İSİM səlahiyyətlisi onu da bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin və digər nikotin çatdırılma sistemlərinin satışını məhdudlaşdırmağı tövsiyə edir. Elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqi, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verməsi bu kimi məhsulların marketinq üsullarından biridir: "Tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirmə hallarının artmasını qeydə alır. Bundan başqa, 2017-ci ildə "Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun"un qəbul edilməsi ilə ölkədə aparılan tütünlə mübarizə tədbirləri daha da gücləndirilib. Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulub".Ekspertin əlavəsinə görə, aparılan müşahidələr son illər yetkinlik yaşına çatmayan, eləcə də yeniyetmələr arasında elektron siqaretdən istifadənin artdığını göstərir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/1e/462273963_0:0:1280:960_1920x0_80_0_0_7050f990acb8515784e150521113c493.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
elektron, siqaret, siqaret çəkmək, elektron siqaret, elektron siqaret çəkmək, tütün məhsulları
elektron, siqaret, siqaret çəkmək, elektron siqaret, elektron siqaret çəkmək, tütün məhsulları
Elektron siqaret xəbərdarlığı - Uşaqlar toksiki təsirə məruz qalır - Video
Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin və digər nikotin çatdırılma sistemlərinin satışını məhdudlaşdırmağı tövsiyə edir.
BAKI, 5 fevral - Sputnik. "Elektron siqaretlərin kartricləri ilə əlaqədar təhlükəli məlumatlar var. Bəzi uşaqlar bilmədən onu udaraq toksik təsirə məruz qalırlar".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirib.
O, bildirib ki, elektron siqaret istənilən halda tütünçəkməni dəstəkləyir, üstəlik onun tərkibindəki kimyəvi maddələr bəzi xəstəliklərin yaranmasına da zəmin yaradır.
"Aparılan tədqiqatlar göstərir ki, bəzi elektron siqaretlərin tüstüsündə toksik maddələrin səviyyəsi hətta siqaret qədər olur, çünki onun tərkibində kanserogen maddələr var. Həmin zərərli maddələrin hüceyrədaxili təsiri ola bilər və onlar da xərçəng xəstəliyinə səbəb olan amilləri gücləndirə bilər. Həmçinin, eyni elektron siqaretdən şərikli istifadə, yəni bölüşdürülərək və ya növbə ilə çəkilməsi infeksiya mənbəyi rolu oynayır, o cümlədən vərəmin yayılmasına səbəb olur. Elektron siqaretlərin kartricləri ilə əlaqədar da təhlükəli məlumatlar var. Bəzi uşaqlar bilmədən onu udaraq toksik təsirə məruz qalırlar" - Tofiq Musayev bildirib.
Qeyd edək ki, Britaniya hökuməti ölkədə birdəfəlik istifadə üçün nəzərdə tutulan elektron siqaretlərin satışını qadağan edən qanun layihəsini parlamentə təqdim edəcək. Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin bəyanatında deyilir. Bildirilir ki, qadağanın Britaniyada iki il ərzində birdəfəlik elektron siqaretdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən doqquz dəfə artması fonunda tətbiq olunması istənilir. Qanun layihəsi, həmçinin elektron siqaret mayelərində olan dadın məhdudlaşdırılması və yeniyetmələri cəlb etməsin deyə elektron siqaretlərin mağazalarda reklamının qarşısını almağı nəzərdə tutub.
Azərbaycanda isə elektron siqaretlə bağlı sorğu keçiriləcək. Tofiq Musayev bildirib ki, elekton siqaretlərin yayılması son illər müşahidə edilən bir tendensiyadır:
"Ölkəmizdə hazırda bu istiqaməti də əhatə edən sorğunun aparılması nəzərdə tutulur. Gənclər arasında tütündən istifadə halları ilə bağlı planlaşdırılan sorğuda elektron siqaretlərdən istifadə və s.kimi suallar da yer alacaq".
İSİM səlahiyyətlisinin sözlərinə görə, elektron siqaret – tərkibində nikotin və aromatizatorlar olan buxar əmələ gətirən bir cihazdır. Elektron siqaret buxarının tərkibində tütün tüstüsündə olan təhlükəli kimyəvi maddələr var. Elektron siqaretin buxarı kiçik hissəciklərdən ibarətdir. O, tənəffüs yollarına dərindən nüfüz edir və ona dağıdıcı təsir göstərir, ürək və ağciyər xəstəlikləri riskini artırır, həmçinin ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur.
"Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başladıqdan sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir. Tütünçəkmə kimi zərərli vərdişdən qurtulmaq istəyən insan elektron siqaret əvəzinə, sağlam davranış variantlarını seçməlidir. Məsələn, idmanla məşğul ola və ya meditasiya edə bilər. Əsas məsələ – insanın fərdi motivasiyası olmalı və zərərli vərdişə "yox" deməyi bacarmalıdır" - Tofiq Musayev əlavə edib.
İSİM səlahiyyətlisi onu da bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin və digər nikotin çatdırılma sistemlərinin satışını məhdudlaşdırmağı tövsiyə edir. Elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqi, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verməsi bu kimi məhsulların marketinq üsullarından biridir:
"Tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirmə hallarının artmasını qeydə alır. Bundan başqa, 2017-ci ildə "Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun"un qəbul edilməsi ilə ölkədə aparılan tütünlə mübarizə tədbirləri daha da gücləndirilib. Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulub".
Ekspertin əlavəsinə görə, aparılan müşahidələr son illər yetkinlik yaşına çatmayan, eləcə də yeniyetmələr arasında elektron siqaretdən istifadənin artdığını göstərir".