Azərbaycanın müdafiə təyinatlı məmulatları Ər-Riyadda beynəlxalq sərgidə nümayiş olunur
15:55 05.02.2024 (Yenilənib: 16:51 05.02.2024)
© Photo : Ministry of Defence Industry of AzerbaijanMüdafiə Sənayesi Nazirliyi “World Defence Show-2024” sərgisində iştirak edir
Abunə olmaq
Bildirilib ki, "World Defence Show-2024" sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.
BAKI, 5 fevral — Sputnik. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən "World Defence Show-2024" Beynəlxalq Müdafiə Sərgisində iştirak edir.
Nazirlikdən verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
© Photo : Ministry of Defence Industry of AzerbaijanMüdafiə Sənayesi Nazirliyi “World Defence Show-2024” sərgisində iştirak edir
Müdafiə Sənayesi Nazirliyi “World Defence Show-2024” sərgisində iştirak edir
Bildirilib ki, 45-dən çox ölkədən 750-dən artıq iştirakçı və 115 xarici nümayəndənin qatıldığı "World Defence Show-2024" sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.
Açılış mərasimində iştirak edən V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının müdafiə naziri Xalid bin Salman Əl-Saud ilə görüşərək sərgi ilə bağlı xoş diləklərini onun diqqətinə çatdırıb.
Nazir Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrin qurumlarının stendlərində nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar və yeni texnologiyalar ilə tanış olub.
© Photo : Ministry of Defence Industry of AzerbaijanMüdafiə Sənayesi Nazirliyi “World Defence Show-2024” sərgisində iştirak edir
Müdafiə Sənayesi Nazirliyi “World Defence Show-2024” sərgisində iştirak edir
Səfər çərçivəsində V.Mustafayev Səudiyyə Ərəbistanı Hərbi Sənaye Təşkilatının rəhbəri Əhməd Əbdüləziz Əl-Ohali ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, müdafiə sənayesi şirkətlərinə məxsus ən son hərbi texnologiya, avadanlıq və sistemlərin nümayiş etdirildiyi "World Defence Show-2024" sərgisi fevralın 8-i başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.