CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polşada itkin düşən azərbaycanlı qadının meyiti çaydan tapılıb

© AFP 2024 / PETRAS MALUKASPolşada polislər
Polşada polislər - Sputnik Azərbaycan, 1920, 04.02.2024
Abunə olmaq
İki aylıq uşağı ilə birlikdə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti tapılsa da, uşaqdan xəbər yoxdur.
BAKI, 4 fevral — Sputnik. Polşada iki aylıq uşağı ilə birlikdə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti tapılıb.
Bu barədə "Qafqazinfo" Polşa mətbuatına istinadla məlumat yayıb.
Bildirilir ki, onun meyiti Oder çayında aşkarlanıb.
"Meyiti su polis bölməsinin polisləri tapıb. Belə bir vəziyyətdə onun kimliyini müəyyən etmək çətindir. Biz tapılan meyitin geyiminə görə təxmin edirik ki, bu, itkin düşən Adilə ola bilər. Lakin o, uşaqsız, tək tapılıb, - Vroclaw əyalətinin polis idarəsinin mətbuat xidmətindən Aleksandra Pieprzycka bildirib.
Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşmüşdü.
Xəbər lenti
0