https://sputnik.az/20240204/orban-a-de-sesverme-huququndan-mehrum-edilmekle-hedelenib-462365808.html
Orban Aİ-də səsvermə hüququndan məhrum edilməklə hədələnib
Orban Aİ-də səsvermə hüququndan məhrum edilməklə hədələnib
Sputnik Azərbaycan
Macarıstanın baş naziri ilə danışıqlarda Orbanla bir çox məsələlərdə oxşar mövqedə olan İtaliya hökumətinin başçısı Corce Meloni böyük rol oynayıb. 04.02.2024, Sputnik Azərbaycan
2024-02-04T14:31+0400
2024-02-04T14:31+0400
2024-02-04T14:31+0400
viktor orban
macarıstan
macarıstanın baş naziri
dünya xəbərləri
səsvermə
səsvermə hüququ
ai
ai
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260216_0:0:3072:1728_1920x0_80_0_0_41e61e19c475eac7c0b5249c8d99a5be.jpg
BAKI, 4 fevral - Sputnik. Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımını dəstəkləməkdən imtina edərsə, Avropa İttifaqında səsvermə hüququndan məhrum edilməklə hədələnib.Bu barədə “Corriere della Sera” məlumat yayıb.Nəşrin yazdığına görə, bu məsələ ilə bağlı yekdil qərar Aİ üçün təkcə yardımın ayrılmasına görə deyil, həm də cəmiyyətdə parçalanma üçün presedent yaratmaq təhlükəsinə görə əsas idi.Nəticədə, Orban “ağ qarğa” olmaq istəməyərək Avropa İttifaqının tələbləri ilə razılaşıb. Macarıstanın baş naziri ilə danışıqlarda Orbanla bir çox məsələlərdə oxşar mövqedə olan İtaliya hökumətinin başçısı Corce Meloni böyük rol oynayıb.Fevralın 1-də Aİ Ukraynaya ittifaq büdcəsindən 50 milyard avro məbləğində maliyyə yardımı ayırmağa qərar verib. İttifaq Macarıstanın təklifi ilə razılaşıb və pulların xərclənməsinə nəzarət mexanizmi qurub.Bundan əvvəl Viktor Orban bəyan etmişdi ki, Ukraynadakı münaqişənin uzadılması Ukrayna qüvvələrinin döyüş meydanında mövqeyinin yaxşılaşmasına gətirib çıxarmayacaq, çünki zaman Rusiyanın tərəfindədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260216_216:0:2947:2048_1920x0_80_0_0_68eba1f3bf64b43e157a662f4266f971.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
viktor orban, macarıstan, macarıstanın baş naziri, səsvermə, səsvermə hüququ, ai, ai
viktor orban, macarıstan, macarıstanın baş naziri, səsvermə, səsvermə hüququ, ai, ai
Orban Aİ-də səsvermə hüququndan məhrum edilməklə hədələnib
Macarıstanın baş naziri ilə danışıqlarda Orbanla bir çox məsələlərdə oxşar mövqedə olan İtaliya hökumətinin başçısı Corce Meloni böyük rol oynayıb.
BAKI, 4 fevral - Sputnik. Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımını dəstəkləməkdən imtina edərsə, Avropa İttifaqında səsvermə hüququndan məhrum edilməklə hədələnib.
Bu barədə “Corriere della Sera” məlumat yayıb.
Nəşrin yazdığına görə, bu məsələ ilə bağlı yekdil qərar Aİ üçün təkcə yardımın ayrılmasına görə deyil, həm də cəmiyyətdə parçalanma üçün presedent yaratmaq təhlükəsinə görə əsas idi.
Nəticədə, Orban “ağ qarğa” olmaq istəməyərək Avropa İttifaqının tələbləri ilə razılaşıb. Macarıstanın baş naziri ilə danışıqlarda Orbanla bir çox məsələlərdə oxşar mövqedə olan İtaliya hökumətinin başçısı Corce Meloni böyük rol oynayıb.
Fevralın 1-də Aİ Ukraynaya ittifaq büdcəsindən 50 milyard avro məbləğində maliyyə yardımı ayırmağa qərar verib. İttifaq Macarıstanın təklifi ilə razılaşıb və pulların xərclənməsinə nəzarət mexanizmi qurub.
Bundan əvvəl Viktor Orban bəyan etmişdi ki, Ukraynadakı münaqişənin uzadılması Ukrayna qüvvələrinin döyüş meydanında mövqeyinin yaxşılaşmasına gətirib çıxarmayacaq, çünki zaman Rusiyanın tərəfindədir.