https://sputnik.az/20240204/marsda-heyat-axtarmaq-ucun-uygun-yer-mueyyenlesdirilib-462286491.html
Marsda həyat axtarmaq üçün uyğun yer müəyyənləşdirilib
Marsda həyat axtarmaq üçün uyğun yer müəyyənləşdirilib
Sputnik Azərbaycan
Planetoloqlar göstəriblər ki, təxminən üç milyard il əvvəl Cezero krateri su ilə dolu olduqda onun dibində ora tökülən çayın gətirdiyi materialdan olan çöküntü... 04.02.2024, Sputnik Azərbaycan
2024-02-04T13:54+0400
2024-02-04T13:54+0400
2024-02-04T13:54+0400
mars
elm
alimlər
məqalə
kaliforniya universiteti
kaliforniya universiteti
los-anceles
los-anceles
radar
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0e/426225500_0:214:2000:1339_1920x0_80_0_0_895a011d95b1c4f2a1bdbf0afa487155.jpg
BAKI, 4 fevral — Sputnik. Los-Anceles Kaliforniya Universitetinin və Oslo Universitetinin alimləri Marsda canlı orqanizmlərin qalıqlarını tapmaq üçün ən uyğun yeri müəyyənləşdiriblər. Bu barədə "Science Advances" jurnalında dərc olunmuş məqalədə məlumat verilib. Planetoloqlar göstəriblər ki, təxminən üç milyard il əvvəl Cezero krateri su ilə dolu olduqda onun dibində ora tökülən çayın gətirdiyi materialdan olan çöküntü qatları formalaşıb. Dünyada da oxşar proseslər baş verir. Göl quruduqda və çöküntülər eroziyaya məruz qaldıqda, səthdə "Perseverance" mars gəmisinin aşkar etdiyi geoloji xüsusiyyətlər yaranıblar. 2022-ci ilin may ayından dekabr ayına qədər rover Nukşak burnu ərazisində süxurların tədqiqi üçün "RIMFAX" ( ing. Radar Imager for Mars' subsurface experiment) yerdən nüfuz edən radardan istifadə edərək, kraterə axan çayın qərb deltasını tədqiq edib. İki eroziya dövrü arasında baş verən çöküntü əmələ gəlməsinin iki fərqli dövrü müəyyən edilib. Deltanın altındakı krater döşəməsi bərabər şəkildə hamar deyil ki, bu da göl çöküntülərinin əmələ gəlməsindən əvvəl eroziya dövrünün olduğunu ehtimal etməyə imkan yaradır. Birinci təbəqədəki çöküntülər nizamlı və üfüqi formaya malikdir ki, bu da onları Yerdəki göl çöküntülərinin analoqu edir. İkinci qat göl səviyyəsindəki dalğalanmalar kraterin dərinliyinə qədər uzanan, lakin hazırda çayın ağzına qədər geri çəkilən geniş delta yarananda meydana gəlib. Müəlliflərin fikrincə, radar bölmələrində müşahidə edilən aşağı delta çöküntülərinin hamar səthi və horizontallığı onların sakit göl mühitində çökdüyünü göstərir. O, canlı orqanizmlər üçün uyğun yaşayış yeri kimi xidmət edə bilərdi.
los-anceles
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0e/426225500_0:27:2000:1527_1920x0_80_0_0_679e7fe754b174cdb2ccd2ae66ab0ed7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mars, alimlər, məqalə, kaliforniya universiteti, kaliforniya universiteti, los-anceles, los-anceles, radar
mars, alimlər, məqalə, kaliforniya universiteti, kaliforniya universiteti, los-anceles, los-anceles, radar
Marsda həyat axtarmaq üçün uyğun yer müəyyənləşdirilib
Planetoloqlar göstəriblər ki, təxminən üç milyard il əvvəl Cezero krateri su ilə dolu olduqda onun dibində ora tökülən çayın gətirdiyi materialdan olan çöküntü qatları formalaşıb. Dünyada da oxşar proseslər baş verir.
BAKI, 4 fevral — Sputnik. Los-Anceles Kaliforniya Universitetinin və Oslo Universitetinin alimləri Marsda canlı orqanizmlərin qalıqlarını tapmaq üçün ən uyğun yeri müəyyənləşdiriblər.
Bu barədə "Science Advances" jurnalında dərc olunmuş məqalədə məlumat verilib.
Planetoloqlar göstəriblər ki, təxminən üç milyard il əvvəl Cezero krateri su ilə dolu olduqda onun dibində ora tökülən çayın gətirdiyi materialdan olan çöküntü qatları formalaşıb. Dünyada da oxşar proseslər baş verir. Göl quruduqda və çöküntülər eroziyaya məruz qaldıqda, səthdə "Perseverance" mars gəmisinin aşkar etdiyi geoloji xüsusiyyətlər yaranıblar.
2022-ci ilin may ayından dekabr ayına qədər rover Nukşak burnu ərazisində süxurların tədqiqi üçün "RIMFAX" ( ing. Radar Imager for Mars' subsurface experiment) yerdən nüfuz edən radardan istifadə edərək, kraterə axan çayın qərb deltasını tədqiq edib. İki eroziya dövrü arasında baş verən çöküntü əmələ gəlməsinin iki fərqli dövrü müəyyən edilib.
Deltanın altındakı krater döşəməsi bərabər şəkildə hamar deyil ki, bu da göl çöküntülərinin əmələ gəlməsindən əvvəl eroziya dövrünün olduğunu ehtimal etməyə imkan yaradır. Birinci təbəqədəki çöküntülər nizamlı və üfüqi formaya malikdir ki, bu da onları Yerdəki göl çöküntülərinin analoqu edir. İkinci qat göl səviyyəsindəki dalğalanmalar kraterin dərinliyinə qədər uzanan, lakin hazırda çayın ağzına qədər geri çəkilən geniş delta yarananda meydana gəlib.
Müəlliflərin fikrincə, radar bölmələrində müşahidə edilən aşağı delta çöküntülərinin hamar səthi və horizontallığı onların sakit göl mühitində çökdüyünü göstərir. O, canlı orqanizmlər üçün uyğun yaşayış yeri kimi xidmət edə bilərdi.