https://sputnik.az/20240204/arutyunyan-azerbaycanda-kecirilecek-prezident-seckilerinde-ses-vermek-ucun-muraciet-edib-462367155.html
Arutyunyan Azərbaycanda keçiriləcək prezident seçkilərində səs vermək üçün müraciət edib?
Arutyunyan Azərbaycanda keçiriləcək prezident seçkilərində səs vermək üçün müraciət edib?
Sputnik Azərbaycan
Araik onun canını terror dövlətindən qurtaran Əliyevə səs verəcək
2024-02-04T15:53+0400
2024-02-04T15:53+0400
2024-02-04T20:11+0400
cəmiyyət
araik arutyunyan
qarabağ
prezident seçkiləri
növbədənkənar prezident seçkiləri
https://cdnn1.img.sputnik.az/img/41566/22/415662227_38:0:1000:541_1920x0_80_0_0_319552444b90514d40c049afdb94a8bc.jpg
BAKI, 4 fevral — Sputnik. Araik Arutyunyan 7 fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak üçün müraciət edib. Qarabağdakı separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib. Bundan əvvəl də yazıldığı kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini dövlət qurumlarına yazır. Musavat.com-un yazdığına görə, hazırda Araik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir". Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır. "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm" - A.Arutyunyan hər dəfə təkrar edir. Qeyd olunur ki, Araik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Arutyunyan Bakı həbsxanasında 10 kq kökəlib. Araik Arutyunyan seçkidə iştirak etmək üçün rəsmi Azərbaycan vətəndaşı olmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41566/22/415662227_279:0:1000:541_1920x0_80_0_0_73c365db272d12707d004ce3aa9f62c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qondarma rejim ilham əliyevə səs vermək prezident seçkilərində
qondarma rejim ilham əliyevə səs vermək prezident seçkilərində
Arutyunyan Azərbaycanda keçiriləcək prezident seçkilərində səs vermək üçün müraciət edib?
15:53 04.02.2024 (Yenilənib: 20:11 04.02.2024) O istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini dövlət qurumlarına yazır.
BAKI, 4 fevral — Sputnik. Araik Arutyunyan 7 fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak üçün müraciət edib.
Qarabağdakı separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib.
Bundan əvvəl də yazıldığı kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini dövlət qurumlarına yazır.
Musavat.com-un yazdığına görə, hazırda Araik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir:
"Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir".
Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır.
"Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm" - A.Arutyunyan hər dəfə təkrar edir.
Qeyd olunur ki, Araik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Arutyunyan Bakı həbsxanasında 10 kq kökəlib.
Araik Arutyunyan seçkidə iştirak etmək üçün rəsmi Azərbaycan vətəndaşı olmalıdır.