https://sputnik.az/20240203/yaxin-serqde-gerginlik-tedaruku-ile-bagli-narahatligi-artirib---neft-bahalasir-462271516.html
Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
Sputnik Azərbaycan
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. 03.02.2024, Sputnik Azərbaycan
2024-02-03T10:44+0400
2024-02-03T10:44+0400
2024-02-03T10:45+0400
neft
neft-qaz
azeri light markalı neft
"brent" markalı neft
texas
dollar
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288643_0:160:3072:1888_1920x0_80_0_0_5ca66dfd31ef15c91c3eab58c649b200.jpg
BAKI, 3 fevral — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,2 ABŞ dolları, yaxud 4,85 % azalaraq 82,3 ABŞ dolları təşkil edib.Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,70 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.30.0124Dünya bazarlarında neft qiymətləri bahalaşır. Yaxın Şərq regionunda geosiyasi gərginliyin artması tədarüklə bağlı narahatlıqları artırıb. Bu da neft qiymətlərinə təsir göstərir. "Brent" markalı neft 17 sent artaraq 82,57 dollar, ABŞ-ın Qərbi Texas nefti 17 sent bahalaşaraq 76,95 dollar olub. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 80 sent artaraq 87,40 dollar təşkil edib. Analitiklərin fikrincə, neftin qiymətinin 80 dollar üzərində olması Yaxın Şərq regionunda gedən proseslər ilə bağlıdır. Əgər qarşıdurmalar daha da artsa, o zaman neftin qiyməti 80-100 dollar dəhlizində hərəkət edə bilər. Qeyd edək ki, Qırmızı dənizdə gəmilərə hücumların artması, Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu neft qiymətlərini qaldırıb. ABŞ əsgərlərinə hücum neftlə zəngin Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ilə bağlı narahatlıqları artırıb. Yanvarın 28-də Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb, 30-dan çox əsgər yaralanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
texas
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288643_171:0:2902:2048_1920x0_80_0_0_5cf1b0365278049a7e49798284b977ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, azeri light markalı neft, "brent" markalı neft, texas, dollar, azərbaycan
neft, azeri light markalı neft, "brent" markalı neft, texas, dollar, azərbaycan
Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
10:44 03.02.2024 (Yenilənib: 10:45 03.02.2024) Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
BAKI, 3 fevral — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,2 ABŞ dolları, yaxud 4,85 % azalaraq 82,3 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,70 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Dünya bazarlarında neft qiymətləri bahalaşır. Yaxın Şərq regionunda geosiyasi gərginliyin artması tədarüklə bağlı narahatlıqları artırıb. Bu da neft qiymətlərinə təsir göstərir.
"Brent" markalı neft 17 sent artaraq 82,57 dollar, ABŞ-ın Qərbi Texas nefti 17 sent bahalaşaraq 76,95 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 80 sent artaraq 87,40 dollar təşkil edib.
Analitiklərin fikrincə, neftin qiymətinin 80 dollar üzərində olması Yaxın Şərq regionunda gedən proseslər ilə bağlıdır. Əgər qarşıdurmalar daha da artsa, o zaman neftin qiyməti 80-100 dollar dəhlizində hərəkət edə bilər.
Qeyd edək ki, Qırmızı dənizdə gəmilərə hücumların artması, Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu neft qiymətlərini qaldırıb. ABŞ əsgərlərinə hücum neftlə zəngin Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ilə bağlı narahatlıqları artırıb. Yanvarın 28-də Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb, 30-dan çox əsgər yaralanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.