Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Britaniyalı professordan xərçəng xəstələrinə faydalı məsləhətlər

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidXərçəng
Xərçəng - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Abunə olmaq
Kempbell izah edib ki, apatiya və yorğunluq xərçəng xəstəliyinin müalicəsinin yan təsirlərinin nəticəsi ola bilər.
BAKI, 8 aprel — Sputnik. İdmanla məşğul olmaq insanlara xərçəng xəstəliyinin müalicəsi zamanı xroniki yorğunluğun öhdəsindən gəlməyə kömək edə bilər.
Bunu Britaniya Kolumbiyası Universitetinin tibb fakültəsinin fizioterapiya kafedrasının professoru, doktor Kristin Kempbell deyib.
Həkim xərçəngin müalicəsi zamanı idmanın əsas faydalarından birinin xəstəliklə bağlı yorğunluğun aradan qaldırılması olduğunu bildirib. Kempbell izah edib ki, apatiya və yorğunluq xərçəng xəstəliyinin müalicəsinin yan təsirlərinin nəticəsi ola bilər. Fiziki fəaliyyət həmçinin narahatlığı azaltmağa, cərrahi əməliyyatdan sonra hərəkətliliyi və ümumi sağlamlığı yaxşılaşdırmağa və xəstələrin həyat keyfiyyətini artırmağa kömək edə bilər.
Həkim onu da qeyd edib ki, fiziki fəallıq istənilən formada faydalı ola bilər. İdmanla məşğul olmağa alışmaq üçün hər gün ən azı 5 dəqiqə sürətli templə yeriməklə başlamaq olar. Xərçəng xəstəliyinin müalicəsinin təsirlərinin öhdəsindən gəlmək üçün Kempbell həftədə üç dəfə ən azı 30 dəqiqə aerobika məşqini etməyi tövsiyə edir.
Mütəxəssis vurğulayıb ki, məşq cədvəli mütləq həkimlə razılaşdırılmalıdır. Qeyd olunur ki, Britaniya Kolumbiyası Universiteti xərçəng xəstələrinə müvafiq proqramlarda iştirak etmək imkanı yaradır.
Xəbər lenti
0