DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İstanbulda kilsəyə hücum etməkdə şübhəli bilinən 17 İŞİD üzvü saxlanılıb

© AFP 2024 / OZAN KOSETürkiyə polisi
Türkiyə polisi - Sputnik Azərbaycan, 1920, 03.02.2024
Abunə olmaq
Yanvarın 28-də İstanbulun Sarıyer rayonunda Santa Maria Kilsəsində ibadət zaman silahlı hücum baş verib.
BAKI, 3 fevral - Sputnik. İstanbulda Santa Mariya kilsəsinə hücumla əlaqədar İŞİD terror təşkilatının üzvü olan 17 şübhəli şəxs saxlanılıb.
Bu barədə APA xəbər verir.
Xatırladaq ki, yanvarın 28-də İstanbulun Sarıyer rayonunda Santa Maria Kilsəsində ibadət zaman silahlı hücum baş verib. Kilsəyə daxil olan 2 maskalı şəxs ibadət edən şəxsə silahla hücum edərək onu öldürüblər.
***
İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Maria" kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə terrorçular bəyanat yayıb.
"Santa Maria" kilsəsinə silahlı hücum edən iki şübhəli saxlanılıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hər iki şəxs İŞİD üzvüdür.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki maskalı silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib.
Bu barədə APA xəbər verir.
Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağına əmin edib.
"Ölümlə bağlı cəmiyyətə başsağlığı verirəm. Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq", - Ərdoğan bildirib.
İstanbul prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tuncun sözlərinə görə, silahlı hücumun araşdırılması üçün baş prokurorun müavini və iki prokuror təyin edilib.
***
Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub.
Bu barədə “Report” xəbər verir.
Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.
Hələlik təfərrüatlar açıqlanmır.
Xəbər lenti
0