CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərsığorta" ləğv olunsa da, öhdəliklərini icra edəcək - RƏSMİ

© iStock.com / MarianVejcikQəpiklər
Qəpiklər - Sputnik Azərbaycan, 1920, 03.02.2024
Abunə olmaq
Şirkətin könüllü ləğvi ilə əlaqədar Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına müraciət ediləcək.
BAKI, 3 fevral — Sputnik. "Azərsığorta" ASC-nin ləğvi onun öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacaq.
Bu barədə Maliyyə Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) birgə açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, 2022-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortası ilə bağlı əsas fəaliyyəti və səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsindən sonra Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalıb, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmayıb, Nəticədə Şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artıb.
Yaranmış vəziyyəti nəzərə alan Şirkətin menecmenti onun Direktorlar Şurasına və AİH-ə Mülki Məcəlləyə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət edib. Həmin müraciəti AİH və Direktorlar Şurası təhlil edilərək dəstəkləyib və AİH-nin Müşahidə Şurasına təqdim olunub.
Şura təqdim olunmuş təklifə baxaraq Şirkətin könüllü qaydada ləğvi ilə bağlı ölkə Prezidenti qarşısında vəsatət qaldırıb və dövlət başçısının 31 yanvar 2024-cü il tarixli fərmanı ilə şirkət ləğv edilib.
Şirkətin könüllü ləğvi ilə əlaqədar Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına müraciət ediləcək.
Qarşıdakı dövrdə ləğvetmə prosesi çərçivəsində Şirkətin mövcud sığorta portfeli üzrə bildirilən sığorta iddiaları operativ şəkildə tənzimlənəcək, kreditorlar qarşısında bütün öhdəliklər təmin ediləcək.
Şirkətin ləğv edilməsi öz vəsaitləri və təkrarsığorta təminatları hesabına tam təmin ediləcək və dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaranmayacaq.
31.01.24
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" fərmanın ləğv edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilib.
"Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" fərman ləğv edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu fərmandan irəli gələn məsələləri həll etməlidirlər.
eyd edək ki, Prezident İlham Əliyevin fərmanı ilə bu gün ləğv edilən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin portfeli "Qala Sığorta" şirkətinə ötürülüb. Bu barədə "APA-Economics"ə "Azərsığorta"dan bildirilib. Məlumata görə, artıq sığorta müqavilələrinin yenilənməsi və sığorta hadisələrinin tənzimlənməsi "Qala Sığorta"nın nümayəndələri tərəfindən həyata keçirilir.
Xəbər lenti
0