CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

© AP Photo / Fernando AntonioKörpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.02.2024
Abunə olmaq
Son 4 il və bu ilin ilk ayında ümumilikdə, 7296 oğlan uşağına Uğur adı qoyulub.
BAKI, 3 fevral — Sputnik. Azərbaycanda 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.
Ədliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb.
Son 4 il və bu ilin ilk ayında ümumilikdə, 7296 oğlan uşağına Uğur adı qoyulub.
Qeyd edilən dövrdə oğlanlardan 7156 uşağa isə Əli adı verilib.
Uşaqlara qoyulan adlar içərisində üçüncü sırada qız adı qərarlaşıb. Belə ki, 2020, 2021, 2022, 2023 illər və 2024-cü ilin yanvar ayında dünyaya gələn 7095 qız uşağına Zəhra adı verilib. Bu, həmin dövrdə qızlara ən çox qoyulan ad kimi ilk sıradadır.
Uşaqlara verilən adların siyahısında ilk onluğun 4 və 5-ci sırasını Yusif və Hüseyn adları bölüşdürüb. Bu müddətdə dünyaya gələn 6799 oğlan uşağına Yusif, 6618-nə isə Hüseyn adı verilib.
Uşaqlara verilən adlar siyahısında son 5-liyi isə qız adları paylaşıb. Siyahıya görə, 5758 qız uşağına Zeynəb, 5676-nə Məryəm, 5454-nə Aylin, 4918-nə Fatimə, 4821 uşağa isə Mələk adı qoyulub.
02.05.23
Bu ilin dörd ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
Cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluq təqdim olunub. Belə ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Uğurdur. Bu ad 548 uşağa qoyulub.
Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 533 uşağa Əli, 449 uşağa Yusif, 423 uşağa Hüseyn, 339 uşağa Məhəmməd, 300 uşağa Raul, 294 uşağa Ömər, 258 uşağa Murad, 231 uşağa Adəm və 200 uşağa isə Ayxan adı verilib.
Həmçinin bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda qız uşaqları arasında Zəhra adı birinciliyini qoruyub. Bu ad 476 uşağa qoyulub.
Bundan əlavə, 418 uşağa Məryəm, 352 uşağa Aylin, 350 uşağa Zeynəb, 323 uşağa Fatimə, 318 uşağa Nilay, 304 uşağa Ayla, 299 uşağa Mələk, 257 uşağa İnci və 232 uşağa Nuray adı verilib.
Xəbər lenti
0