https://sputnik.az/20240202/zerbe-sonrasi-bedende-goyerme-niye-rengini-deyisir-461672264.html
Zərbə sonrası bədəndə göyərmə niyə rəngini dəyişir?
Zərbə sonrası bədəndə göyərmə niyə rəngini dəyişir?
Sputnik Azərbaycan
Bədəndə göyərmə qan damarlarının partlaması zamanı meydana gələn yumşaq toxumada maye və qanın dərialtı toplanmasıdır. 02.02.2024, Sputnik Azərbaycan
2024-02-02T08:03+0400
2024-02-02T08:03+0400
2024-02-02T08:03+0400
zərbə
elm
bədən
qan damarları
https://cdnn1.img.sputnik.az/img/42434/77/424347794_0:222:3000:1910_1920x0_80_0_0_7f98a305d6917d5dd804b7bcb9a98b35.jpg
BAKI, 2 fevral - Sputnik. Zərbə sonrası bədəndə göyərmənin rəngi - dərinin altında qanın yığılması, onun komponentlərinin parçalanması səbəbindən dəyişir. Bu barədə "Qazeta.ru" Amerika Təcili Həkimlər Assosiasiyasının prezidenti və reanimasiya şöbəsinin həkimi Terri Fosterin "Live Science"a söylədiklərinə istinadən xəbər verib. Foster izah edib ki, bədəndə göyərmə qan damarlarının partlaması zamanı meydana gələn yumşaq toxumada maye və qanın dərialtı toplanmasıdır. Əvvəlcə yığılmış qanın bu ləkələri qırmızımtıl rəngdə görünür, daha sonra mavi-bənövşəyi və yaşılımtıl-sarı rəngdə olur. Qan komponentlərinin parçalanması səbəbindən göyərmə rəngini dəyişir. Eritrositin köməyilə oksigeni daşıyan qan hemoqlobin, zülal sayəsində qırmızı rəngə malikdir. Hemoqlobinin özü tünd qırmızıdır, lakin müəyyən molekullara bağlandıqda rəngi dəyişir. Zülal isə oksigen daşıyan zaman al qırmızı, karbon qazı daşıyan zaman albalı-qırmızı rəngdə olur. Bədəndə göyərmə əmələ gəldikdə və zədələnmiş qan damarlarından qan yaxınlıqdakı toxumalara daxil olduqda, qandakı hemoqlobin oksigeni itirməyə və əvəzinə karbon qazını ələ keçirməyə başlayır. Hemoqlobinin özü daha sonra parçalanmağa başlayır, əvvəlcə mettemoqlobin adlanan zülalın tünd qəhvəyi formasına, sonra isə biliverdin və bilirubin adlanan sarı piqmentlərə çevrilir. Bu cür rəng dəyişikliklərini dərinin zədələnmiş hissəsinə baxarkən asanlıqla görmək olur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42434/77/424347794_257:0:2924:2000_1920x0_80_0_0_a408508ec45b6d182e8d72a953f20327.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zərbə, bədən, qan damarları
zərbə, bədən, qan damarları
Zərbə sonrası bədəndə göyərmə niyə rəngini dəyişir?
Bədəndə göyərmə qan damarlarının partlaması zamanı meydana gələn yumşaq toxumada maye və qanın dərialtı toplanmasıdır.
BAKI, 2 fevral - Sputnik. Zərbə sonrası bədəndə göyərmənin rəngi - dərinin altında qanın yığılması, onun komponentlərinin parçalanması səbəbindən dəyişir.
Bu barədə "Qazeta.ru" Amerika Təcili Həkimlər Assosiasiyasının prezidenti və reanimasiya şöbəsinin həkimi Terri Fosterin "Live Science"a söylədiklərinə istinadən xəbər verib.
Foster izah edib ki, bədəndə göyərmə qan damarlarının partlaması zamanı meydana gələn yumşaq toxumada maye və qanın dərialtı toplanmasıdır. Əvvəlcə yığılmış qanın bu ləkələri qırmızımtıl rəngdə görünür, daha sonra mavi-bənövşəyi və yaşılımtıl-sarı rəngdə olur.
Qan komponentlərinin parçalanması səbəbindən göyərmə rəngini dəyişir. Eritrositin köməyilə oksigeni daşıyan qan hemoqlobin, zülal sayəsində qırmızı rəngə malikdir. Hemoqlobinin özü tünd qırmızıdır, lakin müəyyən molekullara bağlandıqda rəngi dəyişir. Zülal isə oksigen daşıyan zaman al qırmızı, karbon qazı daşıyan zaman albalı-qırmızı rəngdə olur.
Bədəndə göyərmə əmələ gəldikdə və zədələnmiş qan damarlarından qan yaxınlıqdakı toxumalara daxil olduqda, qandakı hemoqlobin oksigeni itirməyə və əvəzinə karbon qazını ələ keçirməyə başlayır. Hemoqlobinin özü daha sonra parçalanmağa başlayır, əvvəlcə mettemoqlobin adlanan zülalın tünd qəhvəyi formasına, sonra isə biliverdin və bilirubin adlanan sarı piqmentlərə çevrilir. Bu cür rəng dəyişikliklərini dərinin zədələnmiş hissəsinə baxarkən asanlıqla görmək olur.