https://sputnik.az/20240202/turkiyede-silahli-sexs-fabrike-basqin-edib-ve-iscileri-girov-goturub---vdeo-462329864.html
Türkiyədə fabrikə basqın edən şəxs girovları azad edərək təslim olub - VİDEO
Türkiyədə fabrikə basqın edən şəxs girovları azad edərək təslim olub - VİDEO
Sputnik Azərbaycan
Hazırda polislər silahlı şəxsin təslim olması və girovları azad buraxması istiqamətində səylərini davam etdirir. 02.02.2024, Sputnik Azərbaycan
2024-02-02T11:22+0400
2024-02-02T11:22+0400
2024-02-02T11:28+0400
türkiyə
dünya xəbərləri
silahlı basqın
girov
https://cdnn1.img.sputnik.az/img/07e8/01/1d/462245555_0:160:3072:1888_1920x0_80_0_0_c3a739d872cdd25e04f8615ec82732fb.jpg
BAKI, 2 fevral — Sputnik. Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən ABŞ-nin “Procter & Gamble” şirkətinin fabrik binasına basqın edərək 7 işçini girov götürən İbrahim Y. təslim olub.Təxminən 10 saatlıq danışıqlardan sonra o, girovları azad etməyə razılaşıb.Fabrikə daxil olan polis qrupları İbrahim Y.-ni saxlayıb. 01.02.24, 18:22Türkiyədə silahlı şəxs fabrikə basqın edib və işçiləri girov götürübTürkiyənin Kocaeli şəhərinin Gebze rayonunda fabrikə basqın edən naməlum şəxs, ilkin məlumata görə, 7 nəfəri girov götürüb.Sputnik Türkiyə-nin xəbərinə görə, böyük ehtimalla, silahlı şəxs İsrailin Qəzzaya hücumlarına etiraz əlaməti olaraq bu əməli törədib."Gebze Sənaye Bölgəsində (GOSB) İhsan Dede prospektində təmizlik və şəxsi gigiyena məhsulları sahəsində fəaliyyət göstərən beynəlxalq bir firmanın fabrikində bəzi işçilərin silahlı şəxs tərəfindən girov götürüldüyü barədə polisə məlumat verilib. Bununla bağlı hadisə yerinə polis, jandarm və təcili tibbi yardım briqadası cəlb edilib" - xəbərdə deyilir. Hazırda polislər silahlı şəxsin təslim olması və girovları azad buraxması istiqamətində səylərini davam etdirir.***Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda "P&G" fabrikinin əsas binasına silahlı basqın edilib. Bu barədə İHA məlumat yayıb. Məlumata görə, silahlı şəxs fabrikdəki insanları girov saxlayıb. Əraziyə çoxlu sayda polis cəlb olunub. Hadisənin detalları məlum deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/1d/462245555_171:0:2902:2048_1920x0_80_0_0_e1efd1ebb4a45a208e3cfd6ef375db11.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, silahlı basqın, girov
türkiyə, silahlı basqın, girov
Türkiyədə fabrikə basqın edən şəxs girovları azad edərək təslim olub - VİDEO
11:22 02.02.2024 (Yenilənib: 11:28 02.02.2024) Hazırda polislər silahlı şəxsin təslim olması və girovları azad buraxması istiqamətində səylərini davam etdirir.
BAKI, 2 fevral — Sputnik. Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən ABŞ-nin “Procter & Gamble” şirkətinin fabrik binasına basqın edərək 7 işçini girov götürən İbrahim Y. təslim olub.
Təxminən 10 saatlıq danışıqlardan sonra o, girovları azad etməyə razılaşıb.
Fabrikə daxil olan polis qrupları İbrahim Y.-ni saxlayıb.
Türkiyədə silahlı şəxs fabrikə basqın edib və işçiləri girov götürüb
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda fabrikə basqın edən naməlum şəxs, ilkin məlumata görə, 7 nəfəri girov götürüb.
Sputnik Türkiyə-nin xəbərinə görə, böyük ehtimalla, silahlı şəxs İsrailin Qəzzaya hücumlarına etiraz əlaməti olaraq bu əməli törədib.
"Gebze Sənaye Bölgəsində (GOSB) İhsan Dede prospektində təmizlik və şəxsi gigiyena məhsulları sahəsində fəaliyyət göstərən beynəlxalq bir firmanın fabrikində bəzi işçilərin silahlı şəxs tərəfindən girov götürüldüyü barədə polisə məlumat verilib. Bununla bağlı hadisə yerinə polis, jandarm və təcili tibbi yardım briqadası cəlb edilib" - xəbərdə deyilir.
Hazırda polislər silahlı şəxsin təslim olması və girovları azad buraxması istiqamətində səylərini davam etdirir.
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda "P&G" fabrikinin əsas binasına silahlı basqın edilib.
Bu barədə İHA məlumat yayıb.
Məlumata görə, silahlı şəxs fabrikdəki insanları girov saxlayıb.
Əraziyə çoxlu sayda polis cəlb olunub. Hadisənin detalları məlum deyil.